“Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, millətə ziyan verir” — Kamran Əsədov

  • Təhsil
  • İyun 21, 2025
  • 0 Comments

2025-ci ildə keçirilən müəllimlərin sertifikasiya imtahanı bir daha təhsilin real vəziyyətini, xüsusilə pedaqoji korpusun hazırlıq səviyyəsini acı şəkildə üzə çıxardı. Sosial şəbəkələrdə yayılan narazılıqlara baxmayaraq, əslində təqdim edilən sualların əksəriyyəti 8–9-cu sinif dərsliyi səviyyəsində, təməl fənn biliklərini və metodiki yanaşmaları əhatə edən, hər bir müəllimin gündəlik dərs prosesində müntəzəm olaraq istifadə etməli olduğu mövzulardan ibarətdir. Bu suallara cavab verə bilməyən müəllimin nəinki şagirdə bilik verməsi, heç sinfə daxil olmaq üçün mənəvi haqqı belə müzakirə mövzusudur”.

Bu sözləri açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

“Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30.2-ci maddəsində açıq şəkildə qeyd olunur ki, müəllim müvafiq ixtisas üzrə ali pedaqoji və ya ali təhsil almalı, daim öz ixtisası üzrə biliklərini artırmalı, metodik yenilikləri izləməli və tətbiq etməlidir. Amma real mənzərədə bunun əksi müşahidə olunur. Bir çox müəllim ilboyu tədris etdiyi sahədə nəzəriyyə və praktika arasında körpü qura bilmir, sertifikasiya imtahanı zamanı təqdim olunan mətnləri düzgün anlamaqda, sualların cavablarını təhlil etməkdə, metodiki situasiyalara adekvat yanaşma göstərməkdə çətinlik çəkir”.

O bildirib ki, bu halın əsas səbəbi illərlə davam edən passivlik, oxumamaq və tənbəllikdir:

“Bəzi müəllimlər imtahandan keçmək üçün yalnız son anda hazırlaşır, ümumiyyətlə təhsilə xidmət yox, sadəcə iş yeri kimi baxırlar. Halbuki müəllimlik yalnız bilik vermək deyil, həm də öyrənmək məsuliyyəti daşımaqdır. Öz üzərində işləməyən, fənnini sevməyən və metodikasına bələd olmayan müəllim nəinki şagirdə stimul verir, əksinə, təhsildən uzaqlaşdırır.

2025-ci ilin ilkin statistik göstəricilərinə əsasən, bir çox ixtisaslarda keçid faizi 60%-dən aşağı düşüb. Xüsusilə riyaziyyat, ingilis dili və ibtidai sinif müəllimləri üzrə nəticələr ciddi suallar doğurur. Bu fənlər üzrə sualların böyük əksəriyyəti ümumtəhsil proqramlarına uyğun, mövcud dərsliklər əsasında hazırlanıb. Beynəlxalq praktika ilə müqayisədə isə bu testlər hətta sadələşdirilmiş səviyyədədir. Məsələn, Finlandiyada müəllimlərin ilkin qiymətləndirməsi yalnız bilik yox, həm də pedaqoji yaradıcılıq, refleksiya və şagirdin inkişafına yönəlik strateji planlaşdırma kimi komponentləri əhatə edir. Bizdə isə sadə qrammatik konstruksiyalar, riyazi təhlillər və ibtidai məntiqi anlayışlar çətinlik doğurursa, burada artıq təhsil sisteminin yox, müəllimin məsuliyyəti sual altındadır”.

Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyinin məqsədi müəllimləri imtahanla əzmək yox, onları inkişaf yoluna yönəltməkdir:

“Amma bu təşəbbüsə qarşı çıxan, “niyə qiymətləndirilirik?” deyə etiraz edən müəllimlər təkcə təhsilin yox, cəmiyyətin gələcəyinə də təhlükə yaradır. Çünki şagirdin təhsili müəllimin səviyyəsindən başlayır. Əgər müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, sadəcə məktəbə deyil, millətə ziyan verir.

Müsbət tərəfi odur ki, bu proses nəticəsində bacarıqlı, hazırlıqlı və öz üzərində çalışan müəllimlər fərqlənir, onların əməyinin qarşılığı olaraq maaşlarında artım təmin edilir. Hazırda sertifikasiyadan yüksək nəticə göstərən müəllimlərə 35–10% arası maaş əlavəsi verilir. Bu da sağlam rəqabəti təşviq edir. Amma maaş artımı kəmiyyətə deyil, keyfiyyətə bağlı olmalıdır. Bu baxımdan, gələcəkdə əlavə dərs saatlarının verilməsi yalnız yüksək nəticə göstərən müəllimlərə deyil, real praktik nəticələri olanlara təklif edilməlidir.

Nə dəyişəcək? Sertifikasiya imtahanlarının nəticələri rayon təhsil şöbələrinin kadr siyasətinə, müəllimlərin vəzifə irəliləyişinə və peşəkar inkişafına birbaşa təsir göstərəcək. Nə dəyişməlidir? Artıq müəllim yalnız diplomla deyil, faktiki bilik və bacarıqla sistemə daxil olmalı, hər 5 ildən bir bilik səviyyəsini rəsmi olaraq təsdiqləməlidir.

Əgər təhsilin inkişafını istəyiriksə, müəllimin inkişafı labüddür. Müəllim səviyyəsini qaldırmadan nə kurikulum dəyişəcək, nə dərsliklər faydalı olacaq, nə də şagird uğur qazanacaq. Təhsil sistemində dəyişiklik ilk növbədə müəllimin özündən başlamalıdır. Çünki müəllim həm məktəbin, həm də millətin ürəyidir. Bu ürək döyünmürsə, sistem də nəfəs ala bilməz”.

Qeyd edək ki, bu il keçirilən sertifikasiya imtahanında müəllimlər sualların çətinliyindən narazı qaldıqlarını bildiriblər. /Demokrat.az

  • Related Posts

    Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi – Keçid balı artırılıb

    “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq və xüsusi notariusun köməkçisi təyin olunmaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nda dəyişikliklər edilib. Tribunainfo.az xəbər verir ki, Trend-in məlumatına görə,…

    Tələbələrin köçürülməsi prosesinə start verilir

    2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur. Yenicag.az xəbər verir ki, bu barədə Elm və Ali…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik