Müəllimlərin repetitorluğu ləğv olunur?

  • Təhsil
  • Aprel 25, 2025
  • 0 Comments

Millət vəkili Vüqar Bayramov əməkhaqlarının artırılması ilə bağlı çıxışı zamanı təhsil sektorunda əməkhaqlarının artırılmasını məqsədəuyğun hesab edib.

Maraqlıdır, təhsil işçilərinin əməkhaqları artırılarsa, müəllimlərin repetitorluq “sevdası” tarixə qovuşacaq?

Mövzuyla bağlı Bizim.Media-ya açıqlama verən təhsil-eksperti Elşən Qafarov deputatın təklifi ilə razılaşıb. Onun sözlərinə görə müəllimlərin maaşı artırılsa da, bu repetitorluğun qarşısını almayacaq:

“Çünki repetitorluğu yaradan səbəblər var və bu səbəblər aradan qalxmasa repetitorluğu ləğv etmək mümkün olmayacaq. İlk növbədə ölkədə repetitorluğu yaradan əsas səbəblərdən biri DİM-in qrup imtahanıdır.

Yəni biz təklif edirik ki, bu imtahanlar ixtisaslar üzrə olsun. Testləri hazrlayan qurum olmalıdır. Hələ də o fikirdəyik ki, Prezident Administrasiyası və yaxud Nazirlər Kabineti yanında Testologiya institutu yaradılsın. Bu institut testləri özü hazırlasın. DİM isə imtahanları keçirən texniki quruma çevirilsin. Bu da repetitorluğun qarşısını alsın”, – deyə ekspert bildirib.

Elşən Qafarov ali məktəbə qəbul qaydalarında da boşluq olduğu qənaətindədir:

“Yalnız 3 fəndən buraxılış və blok imtahanları mövcuddur. Burda da ciddi dəyişikliklər etmək lazımdır. Əsasən isə ümumitəhsil məktəbinin nəticələrinə görə ali məktəblərə qəbul təyin olunmalıdır. Bu məsələlərdə kompleks tədbirlər görüldükdən sonra repetitorluq minimuma düşəcək. Repetitorluq kölgə təhsilidir. Bu gün dövlətlər çalışır ki, kölgə təhsilini minium səviyyədə salsın. Amma, biz görürük ki, Azərbaycan digər ölkələrə nisbətən kölgə təhsilində öndədir.

  • Related Posts

    İş yerini dəyişmək istəyən müəllimlərə şad xəbər

    Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi prosesi uzadılıb. Bu barədə Uluyol.info -ya İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, www.miq.edu.az/yerdeyishme saytında yaranan texniki…

    Keçid balı ən az olan İXTİSASLAR – SİYAHI

    2024-cü ildə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən formalaşan keçid balları ictimaiyyətə açıqlanıb. Uluyol.info xəbər verir ki, Modern.az IV ixtisas qrupu üzrə 200 və daha az keçid balı olan ixtisasların siyahısını…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik