00:00 · 07.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Əli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay…Bunu edənləri 8 ilədək həbs gözləyirMal ətinin qiyməti yenidən artdı (VİDEO)Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilərTramp Hörmüz boğazına öz adını vermək istəyir“Euronews” “Sabah”ın uğur hekayəsindən bəhs edən yazı hazırlayıbSüni intellekt bu peşələri sıradan çıxara bilər – 756 iş üzrə risk dərəcələriRusiyada tikinti sahələrində miqrant işçilərin sayı artıbAzərbaycanın etirazı Parisdə planları pozdu – Bakıdakı canilərə həsr olunan rəsmi açılış ləğv edildiBu şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilirBakıda bu yollar bağlanır“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıbƏli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay…Bunu edənləri 8 ilədək həbs gözləyirMal ətinin qiyməti yenidən artdı (VİDEO)Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilərTramp Hörmüz boğazına öz adını vermək istəyir“Euronews” “Sabah”ın uğur hekayəsindən bəhs edən yazı hazırlayıbSüni intellekt bu peşələri sıradan çıxara bilər – 756 iş üzrə risk dərəcələriRusiyada tikinti sahələrində miqrant işçilərin sayı artıbAzərbaycanın etirazı Parisdə planları pozdu – Bakıdakı canilərə həsr olunan rəsmi açılış ləğv edildiBu şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilirBakıda bu yollar bağlanır“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Mövqe

Müctəba Xamenei bəyanat verdi: Birlik olmağa çağırdı-DETALLAR

İranın Ali Lideri Müctəba Xamenei İslam ölkələrinin dövlət rəhbərlərinə və müsəlman icmalarına müraciət edərək ABŞ və İsrailə qarşı vahid cəbhədə birləşməyə çağırıb.

Uluyol.info musavat.com-a istinadən xəbər verir ki, İranın dini rəhbəri yaydığı bəyanatda müsəlman dünyasındakı dağınıqlığı tənqid edərək, fələstinlilərin məruz qaldığı zülmün əsas səbəbini həmrəyliyin olmamasında görüb.

“Əgər müsəlmanlar vahid olub yumruqlarını bir yerə sıxsaydılar, məgər Fələstin xalqı işğalçıların zülmü və cinayətləri qarşısında bu dərəcədə müdafiəsiz qalardımı? Amerika cinayətkarları və saxta sionist rejimi İslam birliyinin, Yaxın Şərq və Şimali Afrika xalqları da daxil olmaqla bütün İslam ümmətinin amansız düşmənləridir. Ona görə də həqiqi düşməninizi tanıyın və onun planlarına qarşı qətiyyətlə müqavimət göstərin”, – deyə Müctəba Xamenei vurğulayıb.

Tehranın bu kəskin xəbərdarlığı regionda hərbi-siyasi gərginliyin pik həddə çatdığı bir vaxtda Qərbə və regional müttəfiqlərinə açıq mesaj kimi qiymətləndirilir.