Müsavat başqanı Azərbaycan xalqını təbrik etdi

Müsavat Partiyasının başqanı İsa Qəmbər Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Əziz həmvətənlər!

Sizi Baharın gəlişi və Novruz Bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə sağlamlıq, firavanlıq və xoşbəxtlik arzulayıram!

Bahar bayramı xalqımızın əsrlər boyu sevgi və ehtiramla qeyd etdiyi ən qədim və ən əziz bayramdır. Baharın gəlişi, təbiətin oyanması ilə bağlı olan bu bayram yenilənmə və birlik rəmzidir. Tariximiz boyu xalqımızın kimliyini unutdurmağa çalışanlar, adət-ənənələrimizi təhrif etməyə, hətta Novruzu yasaqlamağa cəhd ediblər. Sovet dövründə bu bayram rəsmi olaraq qadağan edilsə də, Azərbaycan xalqı öz inancından dönmədi, Novruzu gizli şəkildə də olsa yaşatdı.

Müstəqilliyimizin bərpasından sonra Novruz xalqımızın milli kimliyinin, azadlıq ruhunun və yenilməz iradəsinin simvolu kimi rəsmi bayram statusu qazandı. Bu gün isə Novruz tonqalları bütün vətən torpaqlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə yenidən alovlanır.

Lakin təəssüf ki, zəngin sərvətləri olan ölkəmizdə bir çox ailələr bu bayramı layiqincə qeyd etmək imkanı tapmır. Yüzlərlə siyasi məhbus Novruzu zindanda qarşılayır. Sosial-iqtisadi çətinliklər, sürətli bahalaşma və haqsızlıqlar nəticəsində sadə Azərbaycan ailələri üçün bayram süfrəsi açmaq belə çətinləşib. Novruzun bolluq və firavanlıq rəmzi olduğunu unutmayaq və çalışaq ki, hər bir vətəndaşımız bu bayramı layiq olduğu kimi qeyd edə bilsin.

Bu əziz gündə, Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla anır, onların ailələrinə səbir və güc diləyirəm. İnanıram ki, Novruz tonqalları tezliklə yenidən qurulmuş şəhər və kəndlərimizdə, doğma Qarabağ torpaqlarında daha da gur yanacaq!
Ölkəmizdə və dünyamızda problemlər artsa da, ziddiyyətlər kəskinləşsə də biz bu bayramı hər zaman gələcəyə ümid və inamla qarşılaşmışıq və qarşılayacağıq!

Əziz həmvətənlər!
Sizi bir daha Novruz Bayramı münasibətilə təbrik edir, hər birinizə sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıram!”

Uluyol.info

  • Related Posts

    AMEA-nın 80 illiyi qeyd olunacaq – SƏRƏNCAM

    Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illiyi qeyd olunacaq. Yenicag.az xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,…

    Temperatur 18 dərəcə enəcək, qar yağacaq, çaylardan sel keçəcək

    Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Bu barədə Uluyol.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 18-dən 19-a keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik