Müsavat Divanının gündəliyi

Mayın 19-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər, rayon təşkilatlarında keçirilən yığıncaqlar və Məclisin komissiyalarının fəaliyyəti barədə məlumat dinlənilib.

Respublika Günü ilə bağlı mayın 28-də Novxanıda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin heykəli önündə keçiriləcək bayram tədbirinə hazırlıqla bağlı tapşırıqlar verilib.

Məclisin sədri Arif Hacılı Avropa Günü ilə bağlı iştirak etdiyi tədbir haqda məlumat verib.

Ölkədəki ictimai-siyasi vəziyyət bölümündə “Abzas Media işi” və “Toplum TV” işi üzrə məhkəmə prosesləri barədə məlumat dinlənilib. Hər iki prosesdə Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı iştirak edib.

Bildirilib ki, mayın 20-də saat 14:30-da əsassız olaraq həbs edilmiş Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun apelyasiya şikayətinə baxılacaq.

İmişlidə Azərbaycanı işğal etmiş sovet bayrağının qaldırılması və Rusiyanın işğalçı siyasətini simvolizə edən Georqi lentindən istifadə edilməsi ictimai qınağa layiq olan bir təxribat kimi qiymətləndirilib.

Ölkədə və regionda baş verən hadisələr, o cümlədən ötən həftə Albaniyada baş tutan sammit, Rumıniyada və Polşada keçirilən son seçkilərin nəticələri barədə fikir mübadiləsi aparılıb. İfrat sağçıların və populist qüvvələrin məğlubiyyəti müsbət tendensiya kimi qiymətləndirilib.

Sonda cari məsələlər müzakirə olunub.

  • Related Posts

    Suriyadan daha 13 nəfər Azərbaycana gətirildi

    Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 3 iyun 2025-ci il tarixində Suriya Ərəb Respublikasının getmiş 13 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Tribunainfo.az xəbər verir…

    Qanunsuz dini yığıncaq keçirən 3 əcnəbi Azərbaycandan çıxarıldı

    Xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisində qanunvericiliyin tələblərini pozaraq dini təbliğat işi aparmaları ilə bağlı daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti birgə tədbirlər həyata keçirib. Uluyol.info…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik