Müsavat Divanının gündəliyi

Yanvarın 27-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

20 Yanvar faciəsinin 35 illiyi ilə əlaqədar Bakı və  Sumqayıt şəhərlərində, eləcə də, Cəlilabad, Biləsuvar, Neftçala və Ağsu rayonlarında Şəhidlər Xiyabanında keçirilən anım tədbirində Müsavat Partiyasının üzvlərinin iştirakı təqdirəlayiq hesab edilib.

Anım günündə hakimiyyətin AXCP üzvlərinə qarşı həyata keçirdiyi təxribatların yolverilməz və qanunsuz olduğu vurğulanıb.

Mərhum müsavatçı Natiq Ulubəyin qətli ilə bağlı məhkəmə prosesin gedişi barədə məlumat verilib.

Bələdiyyə seçkilərində müşahidəçi kimi qeydə alınan şəxslərə təzyiqlər haqqında məlumat verilib və bu təzyiqlərə son qoyulması tələb edilib.

Avropa Liberal Demokrat İttifaqının (ALDE)  2029- cu ilə qədərki dövr üçün həyata keçirəcəyi strategiyasına dair Müsavat Partiyasının təklifləri müzakirə olunub

Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendumun keçirilə biləcəyi haqda məlumatlar müzakirə edilib.

Yanvarın 31-də saat 12:00-da Bakının Novxanı kəndində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anım günü ilə bağlı tədbir keçirilməsi qərara alınıb.

Sonda cari məsələlər müzakirə olunub.

  • Related Posts

    Ərdoğan Trampı Türkiyəyə dəvət etdi

    ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Musavat.com xəbər verir ki, danışıq zamanı iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və regional məsələlər müzakirə…

    “8 il prezident olacağam” – Tramp

    Donald Tramp üçüncü dəfə prezident postuna namizədliyini vermək niyyətində olmadığını açıqlayıb. Musavat.com xəbər verir ki, o, bu barədə “NBC News”a müsahibəsində danışıb: “Mən 8 il, 2 müddət prezident olacağam. Mən…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik