Müsavat Partiyası efir vaxtı ayrılması üçün İTV-yə rəsmi müraciət etdi

Müsavat rəhbərliyi partiyaya efir vaxtı ayrılması üçün İctimai Televiziyaya rəsmi müraciət edib.

Müraciətdə bildirilir ki, Müsavat Partiyası “Siyasi Partiyalar haqqında” Qanuna əsaslanmaqla ölkənin idarə olunması, əhalinin rifah halının yaxşılaşdırılması, məcburi köçkünlərin işğaldan azad olunmuş dədə-baba torpaqlarına qaytarılması, ölkədə azad, ədalətli seçkilərin keçirilməsi, ölkədə iqtisadi və siyasi islahatların aparılması ilə bağlı ictimai diskussiyaları vacib hesab edir.

“İctimai Televiziya və Radio Yayımları haqqında” Qanuna əsasən ictimai televiziya və radio yayımlarının məqsədi Azərbaycan Respublikası əhalisinin ‒ bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığının, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaq, müstəqillik, plüralizm, dözümlülük prinsipləri əsasında fəaliyyət göstərməkdir.

Müsavat qanunvericilikdə nəzərdə tutulan tələblərə əsasən həftədə üç dəfə İTV televiziya kanalında partiyası üçün 30 (otuz) dəqiqəlik efir vaxtının ayrılmasını istəyib. Müraciət martın 3-də İctimai Televiziyanın rəhbərliyinə təqdim edilib. ///basta2.com

  • Related Posts

    Binalardakı artırmalar sənədləşdirilə bilər? – AÇIQLAMA

    Bəzi köhnə binalarda edilən artırmalar qanunsuz hesab olunur. Xüsusən də belə binalar plana düşdüyü təqdirdə bu artırmaların hesablanması məsələsi ziddiyyət yaradır. Ən çox sual doğuran məqamlardan biri isə həmin sahənin…

    Cəbrayıl və Ağdamda mina partlayışı: Yaralılar var

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı Cəbrayıl rayonunda minaya düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə agentlik sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik