Müsavat Partiyası siyasi məhbusların sağlamlıq durumundan narahatdır

“Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır”.
Fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
“Müsavat Partiyası siyasi motivlərlə həbs olunmuş şəxslərdən bəzilərinin, o cümlədən ictimai fəallar Anar Məmmədli və Ələsgər Məmmədlinin səhhətində problemlərin yaranması ilə bağlı məlumatlardan narahatdır”, – Müsavat Partiyasının məlumatında deyilir.
Yerli hüquq- müdafiə təşkilatlarının son hesabatına görə, ölkədə 331 siyasi məhbus var.
 Hüquq- müdafiə təşkilatları bildirirlər ki, siyasi məhbusların çoxu xəstəliklərdən əziyyət çəkir, onlara keyfiyyətli tibbi yardım göstrərilmir.
Bununla yanaşı, siyasi məhbus kimi tanınan şəxslərə qarşı son zamanlar sosial mediada təzyiqlərin artdığı barədə məlumatlar yayılır.
Öz növbəsində, Penitensiar Xidmət cavabında bildirib ki, məhbuslara qarşı təzyiqlərlə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Saxlanma yerlərində və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qarşı münasibətlər qanunvericilik normalarına və daxili nizamnamə qaydalarına uyğun qurulur, hər hansı ayrı-seçkiliyə yol verilmir”, – cavabda qeyd edilir.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhusların olmadığını və vətəndaşların öz iradəsinə görə təqibə məruz qalmadığını bildirir.
Bununla yanaşı, Azərbaycan insan hüquqları və siyasi məzmunlu təqiblərlə əlaqədar beynəlxalq təşkilatlar tərəfindən ən çox tənqidə məruz qalan ölkələrdən biridir.
Avropa İttifaqı, Avropa Parlamenti, ABŞ Dövlət Departamenti Azərbaycanda haqsız həbsə məruz qalanların azadlığa buraxılmasını tələb edən bəyanatlarla çıxış ediblər.
  • Related Posts

    Azərbaycan Ordusunda yenilik

    Müdafiə Nazirliyinin tabeliyində olan Milli Müdafiə Universiteti valideynlərə və hazırda xidmətdə olan əsgərlərə müraciət edib. Yenicag.az xəbər verir ki, müraciətdə bildirilib ki, ilk dəfə olaraq Azərbaycan Ordusunda müddətli həqiqi hərbi…

    Binalardakı artırmalar sənədləşdirilə bilər? – AÇIQLAMA

    Bəzi köhnə binalarda edilən artırmalar qanunsuz hesab olunur. Xüsusən də belə binalar plana düşdüyü təqdirdə bu artırmaların hesablanması məsələsi ziddiyyət yaradır. Ən çox sual doğuran məqamlardan biri isə həmin sahənin…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik