Musiqi müəllimləri həyəcan təbili çaldılar: “Kütləvi şəkildə işdən çıxarılırıq”

Bu il fevralın 28-də ölkədə ilk dəfə Mədəniyyət Nazirliyi tabeliyində olan musiqi məktəbləri müəllimlərinin atestassiya imtahanı keçirilib.

Attestasiyadan keçməyən müəllimlər hazırda işdən uzaqlaşdırılır. Onlardan biri də Suraxanı rayonu 3 saylı Musiqi Məktəbinin müəllimi Qənimə Rəhimovadır.

Musavat.com-a müraciət edən Q. Rəhimova bildirib ki, kurslara göndərilmədən, ikinci şans verilmədən müəllimləri kütləvi şəkildə işdən uzaqlaşdırırlar:

“Təxminən 700 müəllim həmin attestasiya imtahanında iştirak edib. Onlardan yalnız 50 müəllim güzəştli şərtlərlə imtahandan keçib. Bu hələ Bakı, Xırdalan, Sumqayıt şəhəri üzrə fortepiano şöbəsinin imtahanı idi. Aprel ayında xalq çalğı alətləri üzrə attestasiya imtahanı başlayacaq. Görün nə qədər adam kəsiləcək. 63 yaşım var, 33 ildir ki, dərs deyirəm. Bundan sonra gedim harada işləyim, necə dolanım. Orta məktəblərdə imtahan olanda kəsilən müəllimlərə ikinci imtahan şansı verildi, bizi isə işdən çıxarırlar. Qabiliyyət və test imtahanları olmalı idi. Bizi ard-arda iki imtahana saldılar. Əvvəlcə qabiliyyət, ardınca isə şifahi imtahan verdik. İmtahan elə bi şeydir ki, stress keçirirsən, həyəcanlanırsan. 45 il dərs deyən, ali məktəbi qırmızı diplomla bitirən, konkurslara şagird hazırlaşdıran müəllimə necə kəsilə bilər? Əlbəttə ki, burada həyəcan böyük rol oynayıb. İmtahandan keçə bilməyən müəllimlər işdən çıxarılır. Niyə bizə ikinci şans verilmir. Müəllim qabiliyyət imtahanında keçib, sorğu-sual hissəsində özlərini itiriblər. Yüzlərlə müəllim işini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Bizə “sən yararsızsan” deyib işdən uzaqlaşdırırlar”.

Şahanə Rəhimli,
Musavat.com

  • Related Posts

    “Bugünkü gənclərin çoxu böyük-kiçik yeri bilmir”

    “Xanım xanım kimi olmalıdır, yerini bilməlidir. Danışığını, davarnışını, böyük-kiçik yeri bilməlidir. Dinləməyin özü ən böyük mədəniyyətdir. Bugünkü gənclərin çoxu bunu bilmir”. Bu sözləri Xalq artisti Səkinə İsmayılova “Günə bax” verilişində…

    Meyxanaçılar AYB-yə üzv olmaq istəyirlərsə… – Anardan AÇIQLAMA

    Bir neçə meyxanaçı Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istədiklərini bildirib. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev açıqlamasında bildirib ki, təşkilata üzvlük Birliyin nizamnaməsinə uyğun həyata keçirilir: “Meyxanaçılar da…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik