Naxçıvanda idarəetmə dəyişir – Rəsmi

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti iclası keçirilib.

Uluyol.info axar.az-a istinadən bildirir ki, iclasın gündəliyində “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi də olub.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər MR Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib.

Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur.

Layihə müzakirə olunub. Qeyd edilib ki, Konstitusiyaya dəyişikliklər Ali Məclisdə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Milli Məclisinə təqdim edilir.

Müzakirə olunan məsələ ilə bağlı qanun səsə qoyularaq qəbul edilib.

  • Related Posts

    • Region
    • İyun 5, 2025
    • 42 views
    Sabahdan leysan olacaq, sulu qar yağacaq – XƏBƏRDARLIQ

    Azərbaycanda iyunun 5-i gündüz şimal və qərb rayonlarından başlayaraq 7-si axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Uluyol.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.…

    • Region
    • May 23, 2025
    • 86 views
    Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

    Mayın 24-ü axşam və 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bu barədə Uluyol.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik