Naxçıvanda idarəetmə dəyişir – Rəsmi

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti iclası keçirilib.

Uluyol.info axar.az-a istinadən bildirir ki, iclasın gündəliyində “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi də olub.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər MR Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib.

Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur.

Layihə müzakirə olunub. Qeyd edilib ki, Konstitusiyaya dəyişikliklər Ali Məclisdə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Milli Məclisinə təqdim edilir.

Müzakirə olunan məsələ ilə bağlı qanun səsə qoyularaq qəbul edilib.

  • Related Posts

    ABŞ-ın 5 ildir gizli hazırladığı silah! “F-47” nələrə qadirdir?

    ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) altıncı nəsil döyüş təyyarəsi F-47 ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Uluyol.info bildirir ki, rəsmi olaraq 21 mart 2025-ci ildə təqdim edilən bu təyyarənin eksperimental…

    Gəncədə avtobusların bərbad vəziyyəti

    Gəncədə avtobusların vəziyyəti sakinləri narahat edir. Paytaxtda ictimai nəqliyyat parkının yenilənməsi sürətlə aparılır. Daha müasir avtobuslar sərnişinlərin istifadəsinə verilir. Amma ikinci böyük şəhərimiz Gəncədə bu sahədə vəziyyət ürəkaçan deyil. Gəncə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bu ərazilərə qar yağmağa başladı

    Bu ərazilərə qar yağmağa başladı

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı