Novxanıda bayram mitinqi keçirildi – Video

  • Ölkə
  • May 29, 2025
  • 0 Comments

Mayın 28-də Azərbaycan tarixinin ən önəmli hadisəsi – Cümhuriyyət qurulmasının 107-ci ildönümündə Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi önündə bayram mitinqi keçiriblər.

Müsavat başqanının müavini Nüşabə Ələsgərlinin aparıcı olduğu mitinqdə Müsavat başqanı İsa Qəmbər, Məclisin sədri Arif Hacılı, Divan üzvü Almaz Əliqızı və başqanın müavini Mustafa Hacıbəyli çıxış ediblər.
Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xidmətlərindən danışılıb. Son yüz ildən artıq müddətdə Azərbaycanın müstəqillik uğrunda verdiyi şəhidləri anılıb, qaziləri, əsgər və zabitləri salamlanıb. Siyasi məhbusların və həbsdəki jurnalistlərin azadlığa buraxılması tələb edilib.

Mayın 28-də həmçinin AXCP eyni məkanda mitinq keçirib, bir sıra ictimaiyyət nümayəndələri Rəsulzadənin heykəlini ziyarət ediblər.

Müsavat rəhbərliyi həmçinin Fəxri Xiyabanda mərhum prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib.

  • Related Posts

    • Ölkə
    • May 28, 2025
    • 67 views
    Bu gün Azərbaycanın Müstəqillik Günüdür

    Bu gün Azərbaycanın milli bayramı – Müstəqillik Günü qeyd olunur. 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. Bu…

    • Ölkə
    • May 27, 2025
    • 65 views
    Hava ilə bağlı daha bir xəbərdarlıq edildi

    Mayın 28-29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik