Nurlan Libre həbsxanadan yazdı

Salam, əziz dovşanlarım! Bu sətirləri sizə 6 nəfərlik soyuq Kürdəxanı kamerasından yazıram. Həbsxana sizə deyildiyi kimi qorxulu yer deyil. Rahat olun. Saxlanılma şəraitim yaxşıdır.

2018-ci ildən jurnalistika peşəsinə başlayandan bəri bilirdim ki, axır-əvvəl mənim də yolum buradan keçəcək. Buna baxmayaraq, bir an belə olsun hazırladığım reportajları dərc etməkdən çəkinməmişəm. Etdiklərimə görə peşman deyiləm, ağlım hələ də yarım qalan reportajlarımdadır.)) Meydançılar həbs olunanda ilk işim onların yarım qalan reportajlarını tamamlamaq olmuşdu. İnanıram ki, mənim də yarım qalan reportajlarımı tamamlayan olacaq. Gənc həmkarlarıma onu demək istəyirəm ki, qorxmayın! Yazmağa davam edin! Hamımızı tutacaq qədər böyük həbsxana yoxdur! Qələminiz yazarkən sərt və iti olsun, bir an belə olsun yazarkən tərəddüd etməyin. Məndən ötrü nigaran olmayın. Bu vətənin Kürdəxanısını da sevirəm. Bu çətin günlərdə Sevinc Vaqifqızının cəsarətli hərəkəti mənə güc verir. O güclə indi mən dörd divar arasında qələmimi qucaqlamışam. Uzun müddətdir ki, aldığım və oxumağa fürsət tapmadığım kitablarım var idi, indi onlar mənim sirdaşım olub.

Bu gün mənim doğum günümdür. Bu günü Kürdəxanıda keçirirəm. Daha neçə doğum günümü dəmir barmaqlıqlar arasında keçirəcəyəm, bilmirəm. Həbsxanada gigiyenadan sonra ən böyük ikinci problem uzağı görməməkdir. Ancaq dörd divar arasında qalanda görmə problemi yaşayırsan. Yaxşı tərəfi odur ki, kitab oxumağa bol-bol vaxtın olur. Burada gərək özünü darıxmağa qoymayasan. Nə zaman çıxacağımı Allah bilir. Sabah da azadlıqda olaram, 10 il sonra da. Buna görə də artıq azadlığa çıxmağa dair ümidimi itirmişəm. Onsuzda, azadlığını düşünən adam mən edən dəliliyi etməzdi. Bu qədər həmkarımın həbsdə olduğu yerdə gizlənməyi özümə ar bilərdim. Məyus olduğum tək şey övladımın böyüməyini görməyəcəyim gerçəyidir. Ümüdvaram, gələcəkdə məni anlayar…

Yaşamağın yalvarmağa dəyməyəcək bir şey olduğunu öyrəndiyim bu günlərdə türmə həyatının qanunlarını öyrənirəm. Hər insana iki həyat yaşamaq qismət olmur.)) Bu perspektivdən baxanda özümü şanslı sayıram. Doğum günü hədiyyəsi olaraq çoxlu kitab göndərməyinizi arzu edirəm.
Burada hava ağırdır. Mənə güc verən isə mübarizəsinə ən çətin şəraitdə belə davam edən sizlərsiniz. Həyatıma rəng qatan bütün qadınlara və dostlarıma təşəkkür edirəm. Burada sizinlə olan xatirələrim ağlıma gəlir, gülümsəyirəm. Günəşli günlər görmək ümidi ilə sizinlə sağollaşıram, yazmağa hələ də qələmim var.)

Özünüzə yaxşı baxın, dovşanlarım!

MEYDANDA DA YAN-YANA,
ZİNDANDA DA YAN-YANA!

Nurlan Libre. Portağal Medianın təsisçisi.
1 saylı Bakı İstintaq Təcridxanası.

  • Related Posts

    Professor Mirzə Qurbanov vəfat edib

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda “Polimer nano və aktiv kompozitlər fizikası” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Mirzə Qurbanov vəfat edib. Yenicag.az xəbər verir ki, Mirzə Əbdül oğlu…

    Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

    Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi. Bu, xüsusilə uşaqlarını taksi ilə göndərən valideynlər üçün ciddi narahatlıq yaradır, həmçinin sifariş…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik