Orbandan AÇIQLAMA – LGBT paradları olmayacaq

  • Dünya
  • Fevral 28, 2025
  • 0 Comments

Budapeştdə daha LGBT paradları olmayacaq, çünki onlara rəhbərlik edən ABŞ səfiri ölkəni tərk edib.

Musavat.com xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiosunda bildirib.

Onun sözlərinə görə, söhbət Devid Pressman adlı diplomatdan gedir, o, yanvar ayında Macarıstanı tərk edib.

ABŞ hələlik yeni səfir təyin etməyib.

“Əvvəl Budapeştdə yürüşə rəhbərlik edən amerikalı səfir artıq ölkəni tərk edib, buna görə də bu tədbir artıq beynəlxalq qorunmadan məhrumdur və baş tutmayacaq”, – deyə Orban açıqlama verib.

Daha əvvəl Viktor Orban dəfələrlə vurğulayıb ki, Macarıstan qeyri-qanuni miqrasiya və uşaqlar arasında LGBT təbliğatına qarşı Avropa Komissiyasına heç bir güzəştə getməyəcək.

Pressman isə səfir vəzifəsində işləyərkən Macarıstan rəsmilərinin həmişə onu LGBT məsələləri ilə bağlı söhbətlərə cəlb etməyə çalışdığını və Rusiya prezidenti Vladimir Putinin siyasətini müzakirə etməkdən yayınmasından şikayətlənib.

  • Related Posts

    • Dünya
    • İyul 7, 2025
    • 24 views
    İsveçrə Ukraynanın bərpası üçün BU QƏDƏR məbləğ ayıracaq

    Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrə Milli Şurasının sədri Maya Rineker ilə görüşdən sonra bu barədə məlumat yayıb. Uluyol.info xəbər verir ki, Zelenskinin sözlərinə görə, ayrılan vəsait bir sıra birgə humanitar…

    • Dünya
    • İyul 7, 2025
    • 21 views
    Putinin bu gün vəzifədən azad etdiyi nazir evində ölü tapıldı

    Rusiyanın bu gün vəzifədən çıxarılan nəqliyyat naziri Roman Starovoyt Odintsovoda ölü tapılıb. Bu barədə “İzvestiya” qəzeti mənbəyə istinadən məlumat yayıb. “Roman Starovoytun meyiti Odintsovo şəhər rayonundakı evində tapılıb”, – nəşrin…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik