Paşinyan: “Minsk qrupunun strukturlarının buraxılması bəyanatını imzalamaq mümkündür”

  • Mövqe
  • Aprel 28, 2025
  • 0 Comments

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla birgə ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması haqqında bəyanatın sülh sazişi ilə eyni zamanda imzalanmasını mümkün hesab edir.

Yenicag.az xəbər verir ki, bu barədə o, Estoniyada keçirilən mətbuat konfransında danışıb.

Bildirib ki, Ermənistan regionda davamlı sülhə nail olmaq üçün qəti mövqeyə malikdir: “Biz bu yolda lazımi addımları atmaqda qətiyyətliyik, mövcud problemləri qonşularımızla konstruktiv dialoq və danışıqlar yolu ilə həll etməyə hazırıq”.

“Mən Estoniya baş naziri ilə söhbət zamanı artıq razılaşdırılmış sülh sazişi mətnini imzalamağa hazır olduğumu təsdiqlədim, həmçinin qeyd etdim ki, ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması haqqında Azərbaycanla birgə bəyanatın sülh sazişi ilə eyni zamanda imzalanmasını mümkün hesab edirəm”, – Paşinyan vurğulayıb./Report/

  • Related Posts

    • Mövqe
    • Aprel 25, 2025
    • 59 views
    İrəvanın ən böyük qorxusu – Məsələ Zəngəzur deyil, bu ərazidir!

    “Ermənistan bütün öhdəliklərdə olduğu kimi, delimitasiya prosesində də manipulyasiya siyasətinə üstünlük verir”. Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib. O bildirib ki, rəsmi İrəvanın iddialarının əksinə, danışıqlar prosesində müəyyən durğunluq…

    • Mövqe
    • Aprel 24, 2025
    • 54 views
    Türkiyə XİN-dən Ermənistana çağırış

    Türkiyə Ermənistana ikitərəfli münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib. Uluyol.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, radikal qruplaşmaların gərginlik yaratmaq səylərinə şərait yaradılmamalıdır.…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik