Prostat xərçəngi ilə bağlı MÜHÜM XƏBƏR: Alimlər yeni metod inkişaf etdirdilər

Elm adamları prostat xərçənginin sidikdə aşkar edilə biləcək yeni göstəricilərini tapıblar.

Yenicag.az xəbər verir ki, İsveçdəki Karolinska İnstitutunun alimləri SPON2, AMACR və TMEFF2 adlı molekulların prostat spesifik antigen (PSA) testindən daha dəqiq nəticə verdiyini müəyyən ediblər.

Araşdırma nəticələri “Cancer Research” jurnalında dərc olunub. Bildirilir ki, bu üsul invaziv deyil, ağrısızdır və ev şəraitində nümunə götürülərək laboratoriyada analiz edilə bilər.

Tədqiqatçılar həmçinin süni intellekt vasitəsilə 2 minə yaxın xəstə üzərində analiz apararaq tapıntılarını təsdiqləyiblər. Yeni metodun prostat xərçənginin daha erkən və dəqiq aşkarlanmasına imkan verəcəyi gözlənilir.

Alimlər yaxın gələcəkdə bu testin geniş əhali qruplarında yoxlanılaraq kliniki istifadəyə veriləcəyini ümid edirlər.

  • Related Posts

    Bu çayın faydaları İNANILMAZDIR – Arıqladır…

    Yalnız xoş ətiri ilə deyil, sağlamlığa saysız-hesabsız faydaları ilə seçilən jasmin çayı gündəlik həyatınızın ayrılmaz bir hissəsinə çevrilə bilər Jasmin çiçəyinin incə ətri və yaşıl çayın təravəti – jasmin çayı…

    Qocalma prosesini ləngidən çox ucuz balıqlar – SİYAHI

    Bəzi balıq növləri xroniki zəif iltihab proseslərini və oksidləşdirici stressi dayandırmaq gücünə malikdir. Soyuq sularda yaşayan dəniz balıqları təbiətin gənclik eliksiri hesab olunur. Həkimlərin fikrincə, skumbriya və seld (şprots) kimi…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik