Qanunsuz dini yığıncaq keçirən 3 əcnəbi Azərbaycandan çıxarıldı

Xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisində qanunvericiliyin tələblərini pozaraq dini təbliğat işi aparmaları ilə bağlı daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti birgə tədbirlər həyata keçirib.

Uluyol.info xəbər verir ki, bu barədə hər iki qurum birgə məlumat yayıb.

Bildirilib ki, tədbirlər nəticəsində başqa dövlətin ərazisində yerləşən dini mərkəzin üzvləri olan əcnəbilər – 1968-ci il təvəllüdlü Şeyx Məhəmməd Hənif (Shaikh Muhammad Hanif), 1981-ci il təvəllüdlü Kərim Bux (Kareem Bux) və 1968-ci il təvəllüdlü Çanna Tac Məhəmmədin (Channa Taj Muhammad) Azərbaycanda qeyri-ənənəvi dini cərəyana aid ideyaların təbliği istiqamətində fəaliyyət göstərmələri, qanunsuz qapalı dini yığıncaqlar və dini ayinlərin icrasını təşkil etmələri təsbit olunub.

Toplanmış materiallar əsasında adları qeyd olunan xarici ölkə vətəndaşlarının “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd fəaliyyət göstərmələri müəyyənləşdirilərək onların bu əməllərinin qarşısı alınıb və həmin şəxslər AR Miqrasiya Məcəlləsinin 79.1.2 maddəsinə əsasən ölkə hüdudlarından kənara çıxarılıblar.

  • Related Posts

    Suriyadan daha 13 nəfər Azərbaycana gətirildi

    Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 3 iyun 2025-ci il tarixində Suriya Ərəb Respublikasının getmiş 13 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Tribunainfo.az xəbər verir…

    Müsavat başqanından 28 May təbriki

    Müsavat Partiyasının başqanı İsa Qəmbər 28 May – Cümhuriyyət Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər, Əziz bacı və qardaşlar! Sizi xalqımızın şərəf və qürur mənbəyi olan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik