“Qarabağ” – “Traktor” görüşü keçirilə bilər

  • Idman
  • May 4, 2025
  • 0 Comments

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İran çempionu “Traktor”la yoldaşlıq görüşü keçirmə variantına münasibət bildirib.

Axar.az xəbər verir ki, 53 yaşlı mütəxəssis belə bir qarşılaşmanın baş tutmasının özü üçün də xoş olacağını açıqlayıb.

Onun fikrincə, bu, qarşıdakı planlarda olan məsələdir.

Lakin Qurbanov görüşün gerçəkləşməsinə maneələrin ola biləcəyini də istisna etməyib:

“Əvvəla, “Traktor”u və onun azarkeşlərini ilk çempionluq münasibətilə təbrik edirəm. Böyük uğur əldə ediblər. Yoldaşlıq görüşü barədə hər hansı fikir səsləndirə bilməyəcəyəm. Belə bir oyunun təşkilinə çox məmnun olardım. Çempionatlarımızın fərqli formatda keçməsi onlarla yoldaşlıq oyunu keçirməyimizə maneə ola bilər. Amma istənilən halda, nə vaxtsa belə bir matçın təşkilini hər iki klub rəhbərliyi yəqin ki, müzakirə edəcək. Biz də sevə-sevə oyunu keçirməyə hazırıq”.

Qeyd edək ki, Təbrizin “Traktor” klubu İran Pro Liqasının sonuna 2 tur qalmış tarixində ilk dəfə çempionluğu təmin edib.

  • Related Posts

    • Idman
    • May 19, 2025
    • 12 views
    Mahir “Nürnberq”dən pula görə ayrılıb?- Klozedən açıqlama

    Almaniyanın “Nürnberq” klubunun çalışdırıcısı Miroslav Kloze komandasından ayrılan Azərbaycan yığmasının üzvü Mahir Emrelidən danışıb. “Qafqazinfo” xəbər verir ki, o, forvardın klubdan yüksək maaş tələbinə görə ayrıldığını deyib: “Mahirin böyük klublarda…

    • Idman
    • Aprel 30, 2025
    • 56 views
    PSJ Londonda “Arsenal”a qalib gəldi

    Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start verilib. QOL.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib. Fransanın PSJ klubu İngiltərədə “Arsenal”ın qonağı olub. Paris təmsilçisi 1:0 hesablı…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik