
Qazandığınız savablar ayağınızın altında nərdivana dönərək sizi zirvələrə qaldıracaq
Paşa Yaqub yazır:
Peyğəmbərlə müqayisə olunmağı günah hesab edənlər yanlarında Peyğəmbərin arvadı (Aişə anamız) söyüləndə niyə səslərini çıxarmırlar görəsən? Hansı ki, Quranda Allahın ayə göndərərək bəhs etdiyi üç qadından (Məryəm, Asiya, Aişə anamız) biridir. Rəbbim buyurur ki, ey möminlər , Peyğəmbərin arvadları sizin ananızdır. Quranın hökmü ilə Aişə özünə müsəlman deyənlərin anasıdır!
İranın narkobaron mollalarının kitabını oxuyanlar yanınızda ananıza söyürlər, min cürə böhtan atırlar bir dəfə səsinizi çıxarmısınızmı? Demisinizmi ki, ay qardaş, ALLAHA, Onun Quranına inan; iranın əmmaməli narkobaronlarına uyub, Peyğəmbərin arvadına (anamıza) şər böhtan atma!? (Böhtan atan mütləq özü şərə düşür… )
Sizdən fərqli olaraq mən Quranın hökmlərinə inanıram və əziz Peyğəmbərimizin əhli əyalı haqda heç vaxt hədyan danışmıram. Siznən mənim fərqimiz budur. Birimiz Allahın kitabına inanırıq, digərimiz narkobaron mollaların…
Quranda Rəbbim buyurur ki, “Savab qazanmaqda biri-birinizi ötməyə çalışın”. Ardıyca dedimi ki, bircə Məhəmmədi (yaxud İsanı, Musanı…) ötməyin? Demədi!
Deməli, məntiqlə biz savab qazanmaqda hətta, Məhəmmədi (s) də ötməyə cəhd etməliyik (ötə bilib-bilməməyimiz başqa söhbətdir). Hər halda Allah bizə (savab qazanmaqda, gözəl əməllərdə) ötməyə cəhd etməyi əmr edir. İnanın ki, biz buna cəhd etsək, mənim tanıdığım Allah buna sevinər; mənim tanıdığım Məhəmməd əleyhissəlam bizi qucaqlayıb, bağrına basar (elə bilirsiz basmaz?).
Nə yazıq ki, biz buna cəhd etmirik((( Savab qazanmaqda nəinki peyğəmbərləri, heç qonşumuzu belə ötməyə cəhd etmirik. Əksinə, savab üçün çalışanlara da lağ edib, onları ağılsız hesab edirik.
Ona görə də, Peyğəmbərlik məqamı haqda heç bir məlumatımız yoxdur; elə bilirik ora heç kəs yüksələ bilməz.
Anlaya bilmirik ki, bu məqam (Peyğəmbərlik) insanın savablarla qazandığı bir zirvədir. Məntiqlə bu məqama yüksəlməyi Allah qadağan etmir, əksinə, bu məqama yüksəlməyi bizə əmr edir: “Savab qazanmaqda (oxu: Peyğəmbərlik zirvəsinə doğru irəliləməkdə) biri birinizi ötməyə çalışın!”
Sual yaranır: biz nə vaxt insanlara peyğəmbərlər qədər yaxşılıq etdik, savab qazandıq, Allah bizi o məqamla mükafatlandırmadı; bizə vəhy göndərmədi?
Və yaxud, biz nə vaxt Allah yolunda yaxşılıq etdik, Allah onu bizim savabımıza yazmadı, mükafatın vermədi?
Nəhayət, tövsiyyəm odur ki, ehtiyacı olanlara imkanınız daxilində Allah rizasına yaxşılıq edin, savab qazanın; bir müddət belə davam edə bilsəniz, Allahın sizi yüksəltiyini, görəvləndirdiyini əyani şəkildə görəcəksiniz. Dərk edəcəksiniz ki, bütün uca məqamlar, zirvələr insan üçündür və ora yüksəlmək mümkündür! Heç kəsə məhdudiyyət qoyulmayıb. Qazandığınız savablar ayağınızın altında nərdivana dönərək, sizi zirvələrə qaldıracaq. Yetər ki, zirvələri hədəf alasız.
Hörmətlə: sizi yüksək məqamlarda görmək istəyən, Allahın qulu Paşa Yaqub