00:00 · 15.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Neftçala faciəsi – 20 Yanvarın unudulmayan ağrısı və 9 yaşlı İbrahimin taleyiSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaqNeftçala faciəsi – 20 Yanvarın unudulmayan ağrısı və 9 yaşlı İbrahimin taleyiSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaq
Araşdırma

Qorxmaz Hüseynovun dövründə “Azərsu”da milyonluq mənimsəmə

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sələfi “Azərsu” ASC-nin keçmiş rəhbəri Qorxmaz Hüseynovun dövründə milyonlarla dövlət vəsaitinin mənimsənilməsi faktı aşkar edilib.

Uluyol.info xəbər verir ki,  “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həmin dövrdə baş verən qanun pozuntularını araşdırıb.

Mənimsəmə faktı üzrə artıq bir nəfər sabiq vəzifəli şəxsə yekun ittiham elan edilib.

Qorxaz Hüseynov və başqaları ilə bağlı isə cinayət işi ayrıca icraata ayrılıb. Həmin vaxt müqavilələr İlqar Tağıyev, Etibar Məmmədov və Seymur Seyidov adlı şəxslər tərəfindən imzalanıb. Hazırda həmin şəxslər barəsində cinayət təqibi davam edir.

Bu kimi hallarda prokurorluq dövlətə dəymiş ziyanın ödənilməsi üçün şans verir. Ziyan ödənilmədiyi təqdirdə isə şəxs cinayət məsuliyyətinə cəlb edilir, iş məhkəməyə verilir.

Məlumat üçün bildirək ki, Q.Hüseynov 2011- 2021-ci illər aralığında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edib.

Qeyd edək ki, bu yaxınlarda həmin iş üzrə “Azərsu”nun sabiq departament rəhbəri və şöbə müdiri Səday Əliyev təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Səday Əliyev ayrılmış cinayət işində adı keçən şəxslərlə əlbir olaraq 3 milyon manat zərər vurmaqda ittiham olunur. Həmin işdə yuxarıda adları çəkilmiş digər şəxslər şahid qismində dindiriliblər. Onların məhkəmədə də şahid qismində ifadə vermələri mümkündür.

Həmin cinayət işi üzrə keçirilmiş məhkəmənin hazırlıq iclasında Səday Əliyev ittihamı qəbul etmədiyini, 2 dəfə məhkəmə qərarı ilə işə bərpa olunduğunu, sonuncu məhkəmə qərarının 16 aydır icra edilmədiyini, buna görə ona qarşı hazırkı ittihamın irəli sürüldüyünü deyib.