Qubernator qədim mətnin deşifrə edilməsi üçün 1 milyon dollar təklif edir

Hindistanın Tamilnad ştatının qubernatoru Hind vadisi sivilizasiyasına aid qədim yazının oxunmasını bacaran şəxsə 1 milyon dollar mükafat vəd edib.
Qaynarinfo bu barədə “Good News Network”a istinadən xəbər verir.
Hindistan və Pakistan ərazisində təxminən 5500 il əvvəl formalaşan Hind vadisi sivilizasiyası (harappa mədəniyyəti) arxasında hələ də tam oxuna bilməyən yazılar buraxıb. Qubernator bu təklifi qədim Tamil keramikası üzərindəki yazılar ilə harappa əlifbası arasında mümkün əlaqənin araşdırıldığı elmi məqalənin dərcindən sonra irəli sürüb.
İndiyədək bir çox dilçi alim bu qədim yazını deşifrə etməyə çalışsa da, heç biri tam müvəffəqiyyət əldə etməyib. Süni intellekt və müasir İT mütəxəssisləri də bu sirri açmaq üçün cəhd göstərirlər, lakin alimlər əlavə məlumatlar olmadan maşın öyrənməsinin bu sahədə ciddi irəliləyiş əldə edə biləcəyinə şübhə ilə yanaşırlar.
Hazırda tədqiqatçıların əlində təxminən 4000 artefakt üzərində tapılmış, cəmi 68 simvoldan ibarət yazılar var. Lakin bu yazılar əsasən qısa olduğu üçün onların tam olaraq bir dilə, yoxsa simvolik sistemə aid olduğu bəlli deyil. Bəzi alimlər bu yazının çin heroqliflərinə bənzər loqoqrafik sistem ola biləcəyini düşünürlər.
Bu mükafat təşəbbüsünün İnd vadisi sivilizasiyasının sirrini açmağa kömək edib-etməyəcəyi isə hələlik bilinmir.
  • Related Posts

    Türkiyə və İran arasında gərginlik artdı

    Hakan Fidan: “Özgəsinin pəncərəsinə daş atanın pəncərəsi sınacaq” Türkiyə ilə İran arasında yaranmış gərginlik səngimək bilmir. İki qonşu dövlətin münasibəti nədən həndəvərindən çıxıb? Söhbət ondan gedir ki, bir vaxt İranın…

    Musa Kılıç saxta diplomla çalışır? –Pasiyentlər şikayət yazdı…..

    Hazırda ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova Azərbaycanda daha bir həkimin diplomunun saxta olduğu ilə bağlı məlumat paylaşıb. Özünün “instagram” sosial şəbəkə platforması hesabında paylaşdığı məlumatı və faktları təqdim edirik: Məlumat…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik