Ramazan ayının 29-cu gününün duası: İmsak və iftar vaxtı

  • Islam
  • Mart 28, 2025
  • 0 Comments

Martın 29-da Ramazan ayının iyirmi doqquzuncu günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 05:02-də, iftar isə saat 19:17-dədir.

Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:

Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Göranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9

İftardan qabaq oxunan dua:

İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Həqiqətən, sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

Ramazan ayının 29-cu gününün duası:

“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin”.

Tərcüməsi:

“İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”

Martın 30-da isə fitr (Ramazan) bayramı qeyd olunacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.

Bayramdan bir gün öncə hər evdən Ramazanın vacib əməllərindən olan fitrə zəkatı çıxarılmalıdır.

  • Related Posts

    • Islam
    • İyun 18, 2025
    • 46 views
    Azərbaycanda gələn həftə Məhərrəm ayı başlayır

    Azərbaycanda gələn həftə Məhərrəm ayı başlayır. Xeberdar.net məlumat verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin illik təqvimində qeyd olunub. Məhərrəm ayının ilk günü iyunun 26-a təsadüf edir. İyulun 26-ı məhərrəm…

    • Islam
    • May 26, 2025
    • 91 views
    Məhərrəm ayı bu tarixdə başlayacaq -TƏQVİM

    Azərbaycanda 2025-ci ildə Məhərrəm ayı iyunun 26-da başlayacaq. Bu barədə Uluyol.info Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) rəsmi təqviminə istinadən xəbər verir. İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik