Ramazan bayramında bu qidalarla EHTİYATLI OLUN

Ramazan Bayramı müddətində uzun müddət davam edən orucluqdan sonra şirin və ağır yeməklər tövsiyə edilmir.

Musavat.com xəbər verir ki, türkiyəli diyetoloq Özgenaz Kazan bununla bağı xəbərdarlıq edib.

Onun sözlərinə görə, orucdan sonra ağır qidalar metabolizmaya yük sala bilər. Buna görə də bayram günlərində yüngül və balanslı qidalanmaq çox vacibdir.

Nələrə diqqət edilməlidir?

Bayramda şirin qidalar – xüsusilə paxlava və digər yüksək şəkər və yağ tərkibli yeməklər – həddindən artıq istehlak edilərsə, mədə-bağırsaq problemlərinə və qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər.

Bayram süfrəsində yeməyə qaynadılmış yumurta, pendir, tam taxıllı çörək və tərəvəz kimi yüngül qidalarla başlamaq metabolizmanın balansını qorumağa kömək edir.

Metabolizmanı sürətləndirmək üçün bunları edin:

Su istehlakını artırın: Orucluq zamanı azalan maye istehlakını bərpa etmək üçün bol su içmək lazımdır.

Hərəkət edin: Bayramda bol yeməkdən sonra yüngül gəzintilər qan dövranını və həzmi asanlaşdırır.

Şəkəri məhdudlaşdırın: Şirin qidaları az miqdarda istehlak edin və şəkəri alternativlər, məsələn, meyvələrlə əvəz edin.

Bayram süfrələrində nəzarətli qidalanmaq və balansı qorumaq həm sağlamlıq, həm də metabolizmanın normallaşması üçün vacibdir. Ağır yeməklərdən uzaq duraraq və metabolizmanı dəstəkləyən vərdişlərə diqqət yetirərək bayramı sağlam keçirmək mümkündür.

Musavat.com

  • Related Posts

    Hər kəsin içdiyi bu məşhur içkinin ciddi təhlükələri var imiş…

    Həddindən artıq qəhvə istehlakı ürək-damar xəstəliklərinin və qan damarlarında lövhələrin əmələ gəlməsi riskini artırır. Bunu Rosbiotex Universitetinin subtropik və qida ləzzətləri texnologiyası sahəsində ekspert İrina Sulyayeva bildirib. Mütəxəssis Lenta.ru ilə…

    Saç boyaları sonsuzluğa səbəb olur? – VİDEO

    Çexiyada aparılan araşdırmalar zamanı bəzi saç boyalarının sonsuzluğa səbəb olduğu aşkarlanıb. Məlumata görə, onların tərkibində reproduktiv sağlamlıq üçün təhlükəli olan lilial adlı toksik aldehid var. Qeyd edək ki, tərkibində lilial…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik