Rusiya Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarır? (ŞƏRH)

“Rusiya Gürcüstanın ərazilərini yenidən Tiflisin nəzarətinə verə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov gürcü milyarder Bdzina İvanişvilinin səsləndirdiyi “Biz istənilən an ərazi bütövlüyümüzün sülh yolu ilə həllinə hazır olmalıyıq” fikrini şərh edərkən deyib.

“Gürcüstanda yaxınlaşan seçkilər öncəsi hakim partiyanın hansısa vədlər verməsi seçkidə xalqın dəstəyini qazanmağa hesablanmış addımdır. Son proseslər göstərir ki, Gürcüstanda seçkilər gərgin, hətta qarşıdurma həddində keçəcək Qərbyönlü müxalifətin və Qərbin Gürcüstanda ciddi addımlar atacağı gözlənilir. Rusiya ilə müharibədən sonra gürcü xalqı böyük ölçüdə Rusiyanın əleyhinədir”, deyə Azər Qasımov bildirib.

Rusiyanın Qarabağdan ordusunu və Zvartnos hava limanından sərhədçilərini çıxarmasını əsas gətirən həmsöhbətimiz hesab edir ki, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılması da hər hansı şərtlər daxilində mümkün ola bilər: 

“Təbii ki, bunun baş verməsi regionda stabilliyin yaranmasına xeyli töhfə verə bilər. Hesab edirəm ki, belə bir fakt mümkündür. Rusiya Gürcüstanın ərazilərini geri verə bilər. Bu, Rusiyanın imici baxımından da vacib amildir. Belə hal Rusiyanın Ukraynada apardığı müharibənin mahiyyətini də dəyişər və müharibə işğal müharibəsi kontekstindən çıxıb geosiyasi qarşıdurma mahiyyəti kəsb edə bilər. Rusiya isbat edər ki, onun bu müharibədəki məqsədləri işğal yox, geosiyasi mübarizədə üstünlük əldə etməkdən ibarətdir”.

Qeyd edək ki, gürcü milyarder, Gürcüstanın “boz kardinalı” sayılan Bidzina İvanişvili ölkəsini istənilən an Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə həllinə hazır olmağa çağırıb: “Bunun üçün bizə maksimum legitimizasiya lazımdır. Unutmayın ki, bizə verilən hər mandat Gürcüstanın birləşməsinə verilən səsdir. Məhz bunun üçün “Gürcü Arzusu”na konstitusion üstünlük lazımdır.

Xatırladaq ki, Gürcüstan mətbuatı hakim partiyanın seçkidən sonra Abxaziya ilə konfederasiya məsələsini gündəmə gətirəcəklərini yazıb. Bununla bağlı Rusiya ilə razılığın olduğunu iddia edənlər də var. 

Rüfət Sultan, qaynarinfo

  • Related Posts

    Trampa zərbə: Kaliforniya qubernatoru ABŞ-ın ticarət siyasətinə qarşı çıxdı

    Kaliforniya ştatının qubernatoru Qəvin Nyusom ABŞ prezidenti Donald Trampın ticarət siyasətini hədəfə alıb. Uluyol.info xəbər verir ki, Nyusom administrasiyasına dünyadakı ticarət tərəfdaşlarını Kaliforniyanın etibarlı və sabit tərəfdaş olaraq qaldığına inandırmaq…

    SEPAH-ın komandanı AÇIQLADI: “İstənilən müharibəyə hazırıq”

    “İstənilən müharibəyə hazırıq”. Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, bu sözləri SEPAH-ın baş komandanı Hüseyn Səlami deyib. O, İranın istər psixoloji müharibədə, istərsə də hərbi qarşıdurmada geri çəkilməyəcəyini bildirib.…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik