00:00 · 15.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Neftçala faciəsi – 20 Yanvarın unudulmayan ağrısı və 9 yaşlı İbrahimin taleyiSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaqNeftçala faciəsi – 20 Yanvarın unudulmayan ağrısı və 9 yaşlı İbrahimin taleyiSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaq
Gündəm

Rusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulması barədə təklifinə Kremldən ilk reaksiya gəlib. Moskva belə bir iştirakın məqsədəuyğun ola biləcəyini bildirib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov «Vedomosti» nəşrinin sualını cavablandırarkən danışıb.

Peskovun sözlərinə görə, Rusiyanın Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətində iştirakı məntiqli və məqsədəuyğun olardı.

O bildirib ki, Moskva hələlik təşkilata qoşulmaqla bağlı rəsmi dəvət almayıb. Bununla belə, məsələ Qazaxıstanla keçiriləcək danışıqlarda müzakirə oluna bilər.

«Bildiyiniz kimi, Rusiyada xalqları tarixi mənşəyinə görə türk olan bir sıra regionlar mövcuddur», – deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov xüsusi olaraq qeyd edib ki, söhbət Rusiyanın ayrı-ayrı regionlarının deyil, Rusiya Federasiyasının bütövlükdə təşkilatın fəaliyyətinə qoşulmasından getməlidir.

Xatırladaq ki, oktyabrın 30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın da bu birliyə daxil edilməsini təklif edib.

Beləliklə, Kreml Tokayevin təşəbbüsünə müsbət münasibət bildirsə də, Rusiyanın təşkilata üzvlüyü ilə bağlı hələlik rəsmi prosesin başlandığı açıqlanmayıb.