Rusiya Ukraynanın tam işğalını istisna etmir – Lavrovdan sərt mesaj

  • Mövqe
  • May 23, 2025
  • 0 Comments

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukrayna ilə bağlı yeni sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Lavrov Rusiya tərəfinin məqsədinin yalnız Donbasla məhdudlaşmadığını, bütün Ukraynanın, xüsusilə də rusdilli əhalinin “Zelenskinin xuntasından azad edilməli” olduğunu bildirib. “Ukrayna ərazisində milyonlarla insan rus dilində danışır, bu, onların ana dilidir. Bu insanları rus dilində danışmağı belə qadağan edən bir xuntanın idarəsində qoymaq – bu, əsl cinayət olar,” – deyə Lavrov vurğulayıb.

Nazirin bu açıqlaması Rusiya rəhbərliyinin Ukraynaya qarşı hərbi əməliyyatlarını “müdafiə” və “azadlıq” adı altında davam etdirmək niyyətində olduğunu nümayiş etdirir. Beynəlxalq ictimaiyyət bu kimi ritorikanı Ukraynanın suverenliyinə qarşı birbaşa təhdid və təcavüz kimi qiymətləndirir.

Lavrovun sözləri bölgədə gərginliyin daha da artacağından xəbər verir və diplomatik danışıqların perspektivini daha da çətinləşdirir.

  • Related Posts

    • Mövqe
    • İyun 4, 2025
    • 39 views
    Zelenski Putinə çağırış etdi: “Atəşkəsi sabahdan elan edək – liderlər üz-üzə otursun”

    Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəyə diplomatik çıxış yolu təklif edib. O, atəşkəsin dərhal elan olunması və liderlər səviyyəsində birbaşa görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Prezident mətbuat konfransında…

    • Mövqe
    • May 28, 2025
    • 60 views
    “Putin odla oynayır” – Tramp

    “Vladimir Putin başa düşmür ki, əgər mən olmasaydım, Rusiya ilə çox xoşagəlməz işlər baş verə bilərdi”. Manset.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb. “Putin…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik