Rusiya və İrandakı ərazilərimizi belə qaytara bilərik – “Dərbənddən Kəngər körfəzinə qədər …”

Son vaxtlar Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq, sərhədlərimizin 1918-20-ci illər vəziyyətinə gətirilməsi tələbi irəli sürülür. Bunun hüquqi əsaslarının olduğu haqqında fikirlər səsləndirilir.

Azərbaycan torpaqları yalnız Ermənistan tərəfindən işğal edilməyib – İran və Rusiyanın da ərazilərimizi öz sərhədlərinə qatdığı məlumdur. Maraqlıdır ki, xüsusilə Rusiya və İranla münasibətlərin kəskinləşdiyi vaxtda bu tezis ortaya atılır. 1813-cü ildə Gülüstan müqaviləsi və 1828-ci ildə Türkmənçay müqavilələri xatırlanır.

Deyilir ki, ABŞ Prezidenti Donald Trampın vaxtilə ABŞ-ın olmuş ərazilərə iddia ortaya qoyması Azərbaycana da bu yöndə iddialarla çıxış etməyə hüquqi və mənəvi əsas verir.

Hazırda xəyal kimi görünən bu məsələ nə zamansa gerçəkləşərmi? Dövlətin Qərbi Azərbaycanla bağlı konsepsiyanın, hədəfinin olduğu məlumdur. Ermənilər tərəfindən o torpaqlardan qovulmuş azərbaycanlıların tarixi yurdlarına qaytarılması istiqamətində siyasi-ideoloji işlər görülür. İran və Rusiya tərəfindən işğal edilib, əlimizdən zorla alınan ərazilərlə bağlı da məsələ qalxa bilər?

Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ərazilərinə sahib olduğumuzu hər zaman ifadə etmişik:

faiq elekberli

Faiq Ələkbərli

“1918-1920-ci illərdə Azərbaycanın 114 min kvadrat km ərazisi olub. O dönəmdə həmin torpaqları əldə edə bilmişdik. Bütövlükdə Azərbaycan xalqının torpaqları bununla yekunlaşmır. Dərbənddən Kəngər körfəzinə qədər böyük bir coğrafiyanı əhatə edir. 1813-1828-ci il Qacar və Çar Rusiyası arasında gedən müharibələrin nəticəsində torpaqları itirmişik. Qacarlar da türk dövləti idi. 1925-ci ildə böyük güclərin ciddi əməlləri nəticəsində irançı Pəhləvilər hakimiyyətə gəldi. Azərbaycanın ərazilərinin nə qədər geniş olduğu bilirik. İndiki şəraitdə Azərbaycan Respublikası AXC-nin 114 km ərazisinə sahiblənməyimiz, digər torpaqlardan imtina etdiyimiz anlamına gəlmir. 1918-ci ildə Ararat Respublikası da Azərbaycan torpaqları hesabına yaradıldı”.

Faiq Ələkbərlinin sözlərinə görə, Azərbaycan daha sistemli hərəkət edərsə, öz torpaqlarını geri qaytara bilər:

“Qarabağ və Şərqi Zəngəzur kimi Qərbi Zəngəzura, Göyçə, Dərbəndə və digər ərazilərə də sahib çıxmalıyıq. Onlar bizim tarixi torpaqlarımızdır. Böyük qismində hələ də Azərbaycan türkləri yaşayır”.

Safura Bənnayeva

Globalinfo.az

  • Related Posts

    Müsavat Partiyası siyasi məhbusların sağlamlıq durumundan narahatdır

    “Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır”. Fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib. “Müsavat Partiyası siyasi motivlərlə həbs olunmuş…

    Rəsulzadə -141: Novxanıda yürüş-mitinq keçirildi – Foto, Video

    Mustafa Hacıbəyli Milli lider Məhəmməd Əmin Rəsulzadənin doğum gününü Novxanıda, onun heykəli qarşısında qeyd etdik. Tədbirimizdə Novxanı agşaqqalları da iştirak etdilər, onlara söz verildi. Rəsulzadənin doğmalarının məzarlarını ziyarət etdik. Yürüş…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik