Ruslan Əmircanov millimizin uduzmasının səbəbini AÇIQLADI

“Jurnalistlər yazırlar ki, Azərbaycan millisi qəsdən oynamır, oyunçular məşqçini istəmirlər”.

Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində futbolçu Ruslan Əmircanov deyib.

Deyilənlərin yanlış olduğunu söyləyən Ruslan Əmircanov bildirib ki, oyuna çıxan hər bir futbolçu orada əlindən gələni edir:

“Əgər oyun meydançasına çıxırsansa, son fitə kimi mübarizə aparmalısan. Bəzi jurnalistlər yazırlar ki, millimiz məşqçini istəmir, oyunçular qəsdən oynamırlar. Bütün deyilənlər yanlışdır. Meydançaya çıxan hər bir futbolçu orada əlindən gələni edir. Həmin məşqçi də Portuqaliya millisini çempion edib. Əgər onu bu posta uyğun bilməsəydilər, gətirməzdilər”.

Ruslan Əmircanov, həmçinin millimizin uduzmasının səbəblərindən danışıb.

“Futbolumuzu Avropa klubları səviyyəsinə gətirmək üçün illər lazımdır. Ani diqqətsizlik, standart vəziyyətdə qol buraxmağımız yaralı yerimizdir. Müasir futbolda qolların əksəriyyəti standart vəziyyətlərdə vurulur. 10 il bundan öncə Lüksemburq, San-Marino milliləri ilə oynayanda sevinirdik ki, onları gözüyumulu udacağıq”, – deyə futbolçu sözlərinə əlavə edib.

Ətraflı süjetdə:

  • Related Posts

    Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş “Bayat elinin görüşü” adlı futbol turniri keçirilib- Neftçalada

    Neftçala rayonunda Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş “Bayat elinin görüşü” adlı futbol turniri keçirilib. Turnirdə Neftçalanın Boyat , Ağcəbədinin Boyat və Ucarın Boyat kəndlərini təmsil edən eyniadlı komandalar iştirak edib.…

    Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi

    Azərbaycan təmsilçisi Serbiyanın Niş şəhərində keçirilən qadın boksçular arasında dünya çempionatında Ermənistan idmançısına qalib gəlib. Yenicag.az xəbər verir ki, 54 kq çəkidə mübarizə aparan Zeynəb Rəhimova 1/16 finalda Yekaterina Sıçevanı…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik