Şəmşad Ağa həbsxanadan yazdı

Meydan TV ilə əməkdaşlıqda günahlandırılaraq, qaçaqmalçılıq ittihamı ilə həbs olunmuş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Ağa) hökumətyönlü mediada haqqında yazılan ittihamlara cavab verib. O, həbsdən yazdığı məktubunda hökumətyönlü mediada yazılanları “iftira” adlandırıb.

“Hökumətyönlü media yenə sicilləmə yazılarla istintaqın yalanlarını tirajlayıb. Hələ bir qədər irəli gedərək məni Meydan TV-nin yeni rəhbəri də qoyublar. Bu qədər absurd və gülünc iddialar yalnız Azərbaycanda uydurula bilər.
3 il öncə xaricdə təlimdə olmuşam. Hökumət mediasının yaydığı və fakt kimi sırıdığı fotolar da həmin təlimdəndir. Həmin fotoların bəzilərini də öz sosial media hesabımdan da paylaşmışam. Bunlar sanki “Amerikanı yenidən kəşf ediblər”. Meydan TV-nin əməkdaşları həbs edildikdən sonra onlara açıq dəstək vermişəm, hüquqlarını müdafiə etmişəm. Bu yazılar da rəhbəri olduğum “Arqument.az” saytında dərc olunub. Həm “toplumçular”, həm “abzasçılar”, həm də “meydançılar” bu ölkənin, xalqın haqq səsidirlər, onlara dəstək olmaq vicdan məsələsidir”.

Şəmşad Ağa məktubunda Meydan TV-nin rəhbəri təyin olunması ilə bağlı hökumətyönlü mediada yazılan məlumatları isə “gülünc” adlandırıb.

“Meydan TV-nin rəhbəri olmağım, ora işçilər cəlb etməyimlə bağlı iddialar gülüncdür. Meydan TV kimi həqiqəti yazan və yayan bir orqanın rəhbəri olmaq qürurverici olardı”.

Jurnalist yazıb ki, həbsdə olduğu müddətdə tanımadığı insanlardan Meydan TV-yə gördüyü münasibət onu sevindirib. O yazıb ki, “xalqa “milyonluq yalanlar” keçmir, o “ağı qaradan ayıra bilir””.

“Bu qədər günahsız insanı, qadın-kişi demədən şərləyib tutan ədalətsiz hakimiyyətə etiraz etmək, öz həmkarlarını dəstəkləmək, onların yarımçıq qalan işlərinə kömək etmək, hüquqlarını müdafiə etmək bir vicdan borcudur. Bunu etdiyimə görə qətiyyən peşman deyiləm”.

O, özünün və həmkarlarının həbsini siyasi qərar hesab etdiyini bildirib.

“Həbsimiz və bu sistematik repressiya dalğası siyasi qərardır. Heç bir yalan və manipulyasiya bu həbslərin siyasi motivini dəyişdirə bilməz”.

“İfadə azadlığı müqəddəsdir və qalib gələcək! Bütün günahsız dostlarıma və həmkarlarıma azadlıq tələb edirəm!”,- jurnalist məktubunun sonunda qeyd edib.

Meydan TV

  • Related Posts

    Azərbaycanda bu şəxslərə ictimai nəqliyyat pulsuz ola bilər

    Milli Məclisin deputatı Razi Nurullayev pensiyaçılara, tələbələrə və həssas kataqoriyadan olan şəxslərə ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını təklif edib. Qeyd edək ki, bir sıra inkişaf etmiş ölkələrdə ictimai nəqliyyatda ödənişlə…

    Əvəz Zeynallının azad edilməsi üçün məhkəməyə müraciət olundu

    Əvəz Zeynallının cəzadan azad edilməsi üçün məhkəməyə müraciət edillib. “Qafqazinfo” xəbər verir ki, bu barədə vəkili Rəşad Vaqifoğlu məlumat verib. Ərizə Nizami Rayon Məhkəməsinə təqdim edilib. Qeyd edək ki, məhkum…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik