Sabah dərslər təxirə salınır? – RƏSMİ AÇIQLAMA

Ölkədə müşahidə olunan hava şəraiti ilə bağlı sabah (24 fevral) Azərbaycanda orta məktəblərdə dərslərin təxirə salınması məsələsinə aydınlıq gətirilib.

Təhsil Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hazırda dərslərin təxirə salınması ilə bağlı hər hansı qərar mövcud deyil.

Nazirlikdən bildirilib ki, hava şəraitinin gedişatı izlənilir və hər hansı dəyişiklik olarsa, ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, hazırda Bakıya və Azərbaycanın əksər rayonlarına güclü küləklə müşayiət olunan qar yağır. Bakıda və Abşeron yarımadasında 23-24 fevral gecəsi 3-5, 24-25 fevral gecəsi 6-8 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq.

Ölkəmizin dağlıq rayonlarında isə gündüz 10, gecə isə 24 dərəcəyə qədər şaxta, aran rayonlarında gecə 4 dərəcə şaxta, gündüz isə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti gözlənilir./Axar.az

  • Related Posts

    Xocalı şəhərinin Ballıca kəndində bayram tonqalı – FOTO

    Xocalı şəhərinin Ballıca kəndində Novruzun Yel çərşənbəsi münasibətilə bayram tonqalı yandırılıb. Musavat.com xəbər verir ki, ənənəvi mərasimdə kənd sakinləri bir araya gələrək Yel çərşənbəsinin rəmzi olan ocağın ətrafında toplaşıblar. Bayram…

    Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestri aparılacaq

    Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestri aparılacaq. Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti aşağıdakı normativ hüquqi aktları iki ay müddətində təsdiq…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik