Taksi sürücülərinin DİQQƏTİNƏ: “İmtahanların keçirilmə prosesi…”

“Taksi sürücülərinə qarşı ciddi nəzarət və cərimələrin tətbiq olunması ilə daha çox taksi sürücüsünü bu imtahanlara cəlb etmək olar”.

Bunu Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

O, aprelin 17-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək minik taksi avtomobili sürücüləri üçün xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən şəxslərin imtahanı ilə bağlı öz fikirlərini bildirib:

“Taksi sürücülərinin bu imtahanda iştirak etməsi artıq onların rəsmi qaydada fəaliyyət göstərən bir şəxs kimi tanınması üçün çox əsasdır. Lakin biz görürük və müşahidə edirik ki, bir çox taksi sürücüləri bu imtahanlarda iştirak etmirlər. Bu cür halların olması isə düzgün deyil. Say etibarı ilə baxırıq və görürük ki, hər il daha az insan bu imtahanlarda iştirak edir. Mütləqdir ki, bu sahədə ciddi nəzarət həyata keçirilməlidir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi fəaliyyətində daha normal 3 xidmətin, keyfiyyətli xidmətin olması üçün çağırışlar etmişdir və bu çağırışlara uyğun olaraq, müəyyən islahatlar aparılmışdır. Nəticə etibarilə, 60.000-ə yaxın taksi sürücüsündən cəmi 30.000-i fəaliyyət göstərməkdədir. Hazırda isə 15.000 taksi sürücüsü rəsmi qaydada fəaliyyət göstərir”.

Ekspert qeyd edir ki, imtahanların keçirilmə prosesi daha da güclənsə, onda biz istədiyimiz nəticəni daha tezliklə əldə edə bilərik:

“Çox istərdik ki, Dövlət İmtahan Mərkəzi (DİM) imtahanları yavaş formada yox, daha sürətli həyata keçirsin. Həmçinin onu da vurğulamaq istərdim ki, taksi sürücülərinin işinin əsasını onların psixoloji durumu əks etdirir. Bu baxımdan da təlim mərkəzlərində keçirilən proses zamanı taksi fəaliyyəti ilə məşğul olan şəxslərin psixoloji durumları yoxlanılır və onlar müəyyən testdən keçirlər. Hazırda psixoloji problemi olan sürücülər üçün bu prosesin tam effektiv olub-olmadığı barədə hələ ki heç bir fikir irəli sürə bilmirik. Bu gün reallıqdan danışsaq, artıq müsbət nəticələrin olduğunu görürük. Buna misal olaraq, yeni avtomobillərin xidmətə çıxması, sürücülər arasında neqativ hərəkət edənlərin sayının azalmasında xeyli fərqlər var”.

Nəzrin Bünyatova

www.yenicag.az

  • Related Posts

    Professor Mirzə Qurbanov vəfat edib

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda “Polimer nano və aktiv kompozitlər fizikası” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Mirzə Qurbanov vəfat edib. Yenicag.az xəbər verir ki, Mirzə Əbdül oğlu…

    Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

    Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi. Bu, xüsusilə uşaqlarını taksi ilə göndərən valideynlər üçün ciddi narahatlıq yaradır, həmçinin sifariş…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik