00:00 · 08.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Bakıda sürücülərə təcili xəbərdarlıq – Bütün zolaqlarda sürət həddi dəyişdirildi!Demokratların qələbəsində Obama fenomeni həlledici olub?Xameneinin məktubu Putinə çatdırılıb – RezaiMəzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaqİsrail hərbçiləri 30 fələstinlini həbs edibQorxmaz Hüseynovun dövründə “Azərsu”da milyonluq mənimsəməQarabağ Zəfərinin 6-cı ildönümü Türkiyədə qeyd olunduMeşə adamı – Herman Hessenin hekayəsiBakıda torpaq sahələri bahalaşdıİran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmirOnlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şairXırdalanda 12 yaşlı uşaq itkin düşdüBakıda sürücülərə təcili xəbərdarlıq – Bütün zolaqlarda sürət həddi dəyişdirildi!Demokratların qələbəsində Obama fenomeni həlledici olub?Xameneinin məktubu Putinə çatdırılıb – RezaiMəzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaqİsrail hərbçiləri 30 fələstinlini həbs edibQorxmaz Hüseynovun dövründə “Azərsu”da milyonluq mənimsəməQarabağ Zəfərinin 6-cı ildönümü Türkiyədə qeyd olunduMeşə adamı – Herman Hessenin hekayəsiBakıda torpaq sahələri bahalaşdıİran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmirOnlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şairXırdalanda 12 yaşlı uşaq itkin düşdü
Siyasət

Tiflis Kremlə qarşı ayağa qalxdı: Torpaqlarımızı addım-addım…

Gürcüstan Rusiyanı Tsxinvali bölgəsində ilhaq siyasətini genişləndirməkdə ittiham edib.

Musavat.com xəbər verir ki, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze ATƏT Parlament Assambleyasının sessiyasında çıxışı zamanı bildirib ki, Rusiya Tsxinvali bölgəsində işğal rejimini möhkəmləndirməyə davam edir və Gürcüstan ərazilərini ilhaq etməyə çalışır.

Onun sözlərinə görə, may ayında Rusiya ilə bölgənin de-fakto hakimiyyəti arasında imzalanmış “Müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsi haqqında müqavilə” beynəlxalq hüququn kobud şəkildə pozulması olmaqla yanaşı, Gürcüstan torpaqlarının faktiki ilhaqına yönəlmiş növbəti addımdır.

Samxaradze vurğulayıb ki, Tiflis ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulmasını qəbul etmir və bu məsələni beynəlxalq platformalarda gündəmdə saxlamaqda davam edəcək.