Tofiq Yaqublu həbsxanada ölüm aclığına başladı

  • Ölkə
  • Aprel 1, 2025
  • 0 Comments

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu həbsxanada ölüm aclığına başlayıb.

Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

Bundan öncə Tofiq Yaqublu həbsdən azad edilməyəcəyi təqdirdə, aclıq aksiyasını ölənə qədər davam edəcəyini bildirib.

Tofiq Yaqublunun bununla bağlı ictimaiyyətə müraciətində deyilir:

“Mənə qarşı əsassız, qanunsuz və tərbiyəsiz 9 il azadlıqdan məhrumetmə hökmünə etiraz olaraq aprelin 1-dən aclıq aksiyasına başlayıram. Bilirəm ki, bu, çox çətin olacaq, eyni zamanda bir çox dostlar bu addımımı təqdir etmirlər. Bununla belə, mən bu addımı atmaqda qərarlıyam. İndi 65 yaşın içindəyəm. İlham Əliyevin planına görə mən həbsxanadan 74 yaşında çıxmalıyam. Ancaq mənim bu qədər yaşayacağıma heç bir zəmanət yoxdur. Xususilə də həbsxana şəraitində. Digər tərəfdən, heç həbsxanada ölməsəm belə, ömrümün son illərini niyə həbsxanada keçirməliyəm? Mənə qarşı ləyaqətsizcəsinə, şərəfsizcəsinə şər atılıb və saxta ittihamla qanunsuz olaraq həbsdə saxlanılıram. Hər kəs bilir ki, mən siyasi fəaliyyətimə görə həbs olunmuşam.

İndi mən katapultu olmayan, təyyarəsi vurulmuş hərbi pilot vəziyyətindəyəm. Onsuz da təyyarə meşədə, çöldə və ya dağda düşəcək. Elə isə bunun sonu ölümdürsə, vurulmuş təyyarəni düşmənin hərbi bazasına çırpmaq daha doğru olmazmı? Həmin pilota 15-30 dəqiqə artıq yaşamaq nə verəcək ki? Ona görə də həbsxanada ölməyə qərar verdim. Ümid edirəm ki, mənim həbsxanada ölümüm beynəlxalq aləmin diqqətini Azərbaycana fokuslamasına və cinayətkar Əliyev rejiminə daha ciddi təzyiqlər göstərməsinə səbəb ola bilər. Əgər mənə dəstək vermək istəyirsinizsə, məhkəmədə söylədiyim son sözümü oxuyun və onu təbliğ edin. Bununla həm sizin, həm də digərlərinin Əliyev rejiminin məhkəmə sistemini tənqid və ifşa etmək üçün son dərəcə güclü və təkzibedilməz arqument və sübutlarınız olacaq. Yaşasın demokratiya və azadlıq! Sizləri çox sevirəm!”

  • Related Posts

    • Ölkə
    • İyul 10, 2025
    • 18 views
    Leysan yağacaq, sel olacaq – XƏBƏRDARLIQ

    İyulun 10-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə Uluyol.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək…

    • Ölkə
    • İyul 9, 2025
    • 15 views
    Azərbaycanlı professor vəfat etdi

    Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov vəfat edib. Bu barədə APA-ya onun qızı Heyran Qorçu xəbər verib. O bildirib ki, atası 2 saat öncə uzun sürən onkoloji xəstəlik səbəbilə dünyasını…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik