Tofiq Yaqubluya 9 il həbs cəzası verildi

Şərlənərək həbs edilən Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun məhkəmə martın 10-da yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib.

“Ağır Cinayətlər Məhkəməsinin Tofiq Yaqublu haqqında (9 il)cəza hökmü çıxarmasının özü ağır cinayətdir”.

Bunu Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

“Tofiq Yaqublu, vəkilləri Nemət Kərimli və Aqil Lahıc məhkəmə istintaqı dövründə onun haqqında bəraət qərarının çıxarılması üçün yetərli olandan bəlkə də 10 dəfə artıq sübutlar ortaya qoysalar da hakimlər gözlənildiyi kimi aldıqları göstərişə uyğun qərar çıxartdılar.
Bu əndazəni aşmış hüquqi nihilizmə, repressiya siyasətinə son qoyulmalı, Tofiq Yaqublu və bütün siyasi məhbuslar azad edilməlidir” – deyə, Arif Hacılı vurğulayıb.

Tofiq Yaqublu və Elnur Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər. Elnur Məmmədova 8 il həbs cəzası verilib.

  • Related Posts

    Rəssam Nağdəli Xəlilov vəfat edib

    Rəssam Nağdəli Xəlilov vəfat edib. Bu barədə APA-ya “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə məlumat verib. Qeyd edək ki, Nağdəli Xəlil oğlu Xəlilov 1 iyun 1946-cı ildə Ermənistanın Masis rayonunda…

    Trampın müşaviri Hikmət Hacıyevlə danışdı

    “Cənubi Qafqazdakı münaqişə sona çatmalıdır”. Yenicag.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “X” hesabında yazıb. “Bu həftə Azərbaycan Prezidenti İlham Əliyevin milli təhlükəsizlik…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik