Trampa zərbə: Kaliforniya qubernatoru ABŞ-ın ticarət siyasətinə qarşı çıxdı

Kaliforniya ştatının qubernatoru Qəvin Nyusom ABŞ prezidenti Donald Trampın ticarət siyasətini hədəfə alıb.

Uluyol.info xəbər verir ki, Nyusom administrasiyasına dünyadakı ticarət tərəfdaşlarını Kaliforniyanın etibarlı və sabit tərəfdaş olaraq qaldığına inandırmaq üçün “yeni imkanları araşdırmağı” tapşırıb.

“Trampın gömrük siyasəti bütün amerikalıları əks etdirmir”, – deyə Nyusom bildirib.

Kaliforniya qubernatoru vurğulayıb ki, ştat dünya üzrə sabit ticarət münasibətlərini dəstəkləməyə qərarlıdır.

Xatırladaq ki, ABŞ-a Çindən gələn malların böyük hissəsi Kaliforniya limanlarından keçir. Bundan başqa, bu ştat Meksika və Kanada ilə də geniş ticarət əlaqələrinə malikdir. Bu faktlar Nyusomun təşəbbüsünün beynəlxalq miqyasda böyük rezonans doğura biləcəyini göstərir.//musavatcom

  • Related Posts

    SEPAH-ın komandanı AÇIQLADI: “İstənilən müharibəyə hazırıq”

    “İstənilən müharibəyə hazırıq”. Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, bu sözləri SEPAH-ın baş komandanı Hüseyn Səlami deyib. O, İranın istər psixoloji müharibədə, istərsə də hərbi qarşıdurmada geri çəkilməyəcəyini bildirib.…

    Seul: Şimali Koreya Rusiyaya daha 3000 hərbçi göndərib

    Şimali Koreya 2025-ci ilin yanvar və fevral aylarında Rusiyaya əlavə 3000 hərbçi göndərib. Bu haqda Associated Press Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinin hesablamalarına istinadən xəbər verir. Məlumata görə, Pxenyan həmçinin…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik