Trampın gömrük siyasəti ucbatından ABŞ 4 trilyon dollar itirdi

ABŞ prezidenti Donald Trampın tarif siyasəti fonunda ABŞ fond bazarı ucuzlaşmaqda davam edir. Ağ Ev rəhbərinin hərəkətləri və gömrük rüsumlarını artıracağı barədə bəyanatları ABŞ iqtisadiyyatının böhrana girəcəyi ilə bağlı narahatlıqları artırıb. Bu barədə Bloomberg yazır.

Qeyd olunur ki, yüksək texnologiya şirkətlərindən olan “Nasdaq 100”-ün indeksi 2022-ci ildən bəri ilk dəfə 3,8% ucuzlaşıb. “S&P 500″in səhmləri isə 4,6% ucuzlaşıb – bu, pandemiyanın tüğyan etdiyi 2020-ci ilin fevralından bəri ən böyük enişdir.

Tramp amerikalıların Kanada, Meksika və Çinlə ticarət müharibələrindən “bir az narahatlıq” hiss edə biləcəyi barədə xəbərdarlıq etsə də, ABŞ-ın onun siyasətinin faydalarını nə vaxt görəcəyini açıqlamayıb. O, həmçinin tənəzzül ehtimalını istisna etməkdən imtina edib.

Martın 10-da “Tesla Inc.” -in səhmləri 13% ucuzlaşıb – bu şirkət də 2020-ci ildən bəri ən pis gününü qeyd edir. Həmin gün Goldman Sachs Group Inc. şirkəti isə varidatının 4,7 faizini itirib.

“Reuters”in hesablanmasına görə, Trampın gömrük siyasəti ucbatından ABŞ-ın fond bazarı ümumilikdə 4 trilyon dollar itirib.

Maraqlıdır ki, Trampın and içdiyi zaman orada olan milyarderlər də sürətlə sərvətlərini itirirlər. Məsələn, Trampın prezidentliyinin ilk 50 günündə İlon Maskın sərvəti 148 milyard dollar azalıb. Buna milyarderin qalmaqallı jestindən sonra Tesla satışlarının azalması da təsir edib.

Ceff Bezos 29 milyard, Mark Zukerberq 5 milyard, Sergey Brin 22 milyard dollar itirib.

Qeyd edək ki, Trampın gömrük siyasətindən zərər çəkən təkcə Amerika fond bazarı deyil. Avropada etalon Stoxx Europe 600 indeksi martın 4-nə 0,9%, Almaniyanın ixracatlı Dax indeksi isə 1,5% azalıb. Honq Konqun Hang Seng İndeksi və Çinin əsas CSI 300 indeksi müvafiq olaraq 2% və 0,8% ucuzlaşıb.

Son həftələr ərzində kriptovalyutaların da dəyərdən düşməsi müşahidə olunur.

  • Related Posts

    Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək

    Dünya Bankı (DB) iyunun 25-də “Xəzər dənizinin təmizlənməsi: çirklənmənin idarə edilməsi və biomüxtəlifliyin qorunması potensialının yaradılması” layihəsinin maliyyələşdirilməsini təsdiq etməyi planlaşdırır. “Report” Dünya Bankına istinadən xəbər verir ki, layihənin benefisiarları…

    ABŞ vətəndaşlığı almaq istəyənlərə ŞAD XƏBƏR

    ABŞ prezidenti Donald Tramp ikinci müddətinin Konqresə ilk müraciətini edib. Tramp Qızıl Kart tətbiqi ilə bağlı da açıqlamalar verib və gözlənilən xəbəri verib. Tramp bu qədər pul ödəməklə ABŞ vətəndaşlığına…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik