Türk Dövlətləri Təşkilatı tarixində İLK DƏFƏ

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Qeyri-rəsmi Zirvəsi bu il mayın 20 və 21-də Budapeştdə keçiriləcək.

Uluyol.info xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyindən bildirilib.

Verilən məlumata görə, Macarıstanın Baş naziri Viktor Orbanın ev sahibliyi ilə təşkil olunacaq Zirvədə TDT-yə üzv dövlətlərin başçıları ilə yanaşı müşahidəçi ölkələrin nümayəndələri və təşkilatın Baş katibi iştirak edəcəklər.

Zirvə, TDT tarixində ilk dəfə bir müşahidəçi ölkənin ev sahibliyi ilə keçiriləcək və bu, Macarıstanın Türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək istiqamətində artan rolunu vurğulayır.

“Şərq və Qərbin Görüş Nöqtəsi” mövzusu ilə keçiriləcək Qeyri-rəsmi Zirvədə prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ortaq məsələləri müzakirə etmək kimi mühüm məsələlər müzakirə olunacaq.

Zirvənin sonunda TDT-nin ortaq baxışını və strateji istiqamətini təsdiqləyən “Budapeşt Bəyannaməsi”nin qəbulu, eləcə də müxtəlif mühüm qərar və təşəbbüslərin ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Qeyri-rəsmi Zirvə ərəfəsində, TDT Xarici İşlər Nazirləri Şurası Budapeştdə toplanaraq Zirvənin gündəliyini və Dövlət Başçılarının təsdiqinə təqdim olunacaq sənədləri yekunlaşdıracaqlar. /Cebheinfo.az/

  • Related Posts

    Xankəndidə VII Ənənəvi Türkologiya Yay Məktəbi keçiriləcək

    Xankəndi növbəti dəfə beynəlxalq elmi tədbirə ev sahibliyi edəcək. Yenicag.az xəbər verir ki, Beynəlxalq Türk Akademiyası, Türkiyə Elmlər Akademiyası və Qarabağ Universitetinin birgə əməkdaşlığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin…

    Milli kimliyimizi önə çəkən, mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaradan Şah İsmayıl Xətai

    Şah İsmayıl Xətai (1487-1524) Azərbaycan Səfəvilər dövlətinin banisi, Azərbay­can torpaqlarını birləşdirmiş, mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaratmış şəxsiyyət. Azərbaycan xalqının, onun tarix və mədəniyyətinin çoxəsrlik kökləri vardır. Xalq öz tarixinin və tarixi…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik