00:00 · 11.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Afrikada Çin nümunəsi: 7 min kilometrlik “Yaşıl divar” yaradılır (FOTO)Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdıEmin Abbasov “Səbail”də prezident müşaviri təyin edildiCorablı, yoxsa corabsız: Ən yaxşı yatma qaydası və bunun səbəbiDünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırırMəşhur aktyorların qazancları üzə çıxdı: Rəqəmlər heyrətləndirdiTrampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?Türkiyə İsrailə dəvət göndərməkdən imtina etdi“Keçmiş” qazidən ayrı-seçkiliyə etirazAnıtqəbirdə böyük izdiham: Atatürk vəfatının 88-ci ildönümündə yad edilir (FOTO)Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib- FotoAzərbaycan Türkiyəyə başsağlığı verdiAfrikada Çin nümunəsi: 7 min kilometrlik “Yaşıl divar” yaradılır (FOTO)Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdıEmin Abbasov “Səbail”də prezident müşaviri təyin edildiCorablı, yoxsa corabsız: Ən yaxşı yatma qaydası və bunun səbəbiDünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırırMəşhur aktyorların qazancları üzə çıxdı: Rəqəmlər heyrətləndirdiTrampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?Türkiyə İsrailə dəvət göndərməkdən imtina etdi“Keçmiş” qazidən ayrı-seçkiliyə etirazAnıtqəbirdə böyük izdiham: Atatürk vəfatının 88-ci ildönümündə yad edilir (FOTO)Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib- FotoAzərbaycan Türkiyəyə başsağlığı verdi
Gündəm

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Bu gün Türkiyə Respublikasının qurulmasının 103 illiyidir.

Uluyol.info  xatırladır ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib.

İki il sonra – 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub.

Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyətinin yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir.

Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kv. km-dir. Hazırda Türkiyənin əhalisi 86 milyondan çoxdur.

Yeri gəlmişkən qeyd edək ki, Osmanlı dövləti 1299-cu ildə qurulub. 2019-cu ildə bu dövlətin qurulmasının 720-ci ildönümü qeyd olunub.

1876-cı ilədək ölkə mütləq monarxiya, 1876-1878-ci illər və 1908-1918-ci illərdə isə konstitusiyalı monarxiya üsulu ilə idarə edilib. Həmin illərdə ölkə parlament üsul-idarəsi sisteminə keçmişdi.

Birinci Dünya müharibəsində Osmanlı dövləti məğlubiyyətə uğradıldıqdan sonra ərazisi işğala məruz qaldı. O zaman Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatıb. 1920-ci il aprelin 23-də Ankarada Böyük Millət Məclisi qurulub.

1922-ci il noyabrın 1-də isə Osmanlı dövlətinin fəaliyyətinin dayandırıldığı elan edilib. 1923-cü ildən Türkiyə parlament üsul idarəsi ilə idarə edilirdi. 2018-ci ildən isə ölkə prezident üsul-idarəsinə keçib.

Ölkənin ilk Prezidenti Mustafa Kamal Atatürk (1923-1938) olub. Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Onun sədri olduğu Ədalət və İnkişaf Partiyası ilk dəfə 2002-ci ildə parlament seçkilərində qalib gəlib. Həmin dövrdən Türkiyənin hakim partiyasıdır.

Bu gün Türkiyə bir çox beynəlxalq təşkilatların, o cümlədən NATO-nun üzvü, dünyada əsas siyasi aktorlarından biridir. Ankara, həmçinin türk dövlətləri arasında inteqrasiyanın güclənməsində mühüm oynayır. Bu, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki fəaliyyətdə özünü göstərir.//moderator.az