Türkiyədən BMT TŞ-nin Şimali Kiprlə bağlı qərarına ETİRAZ

Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının (TŞ) Şimali Kiprdəki sülhməramlı missiyasının daha bir il uzadılmasına qarşı çıxıb.

Musavat.com“TRT Haber”ə istinadən xəbər verir ki, nazirlik bununla bağlı rəsmi açıqlama yayıb.

Bəyanatda vurğulanıb ki, qərar qəbul edilərkən yenə də Şimali Kiprin razılığı alınmayıb: “Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının artıq gündəmdən çıxmış və etibarlılığını itirmiş həll modellərinə istinad etməkdə davam etməsi bizi təəssüfləndirir”.

Türkiyə rəsmiləri bildiriblər ki, Ankara Şimali Kiprin atdığı bütün addımları tam şəkildə dəstəkləyəcək.

“Kipr məsələsinin ədalətli, qalıcı və davamlı həlli yalnız yerdəki faktlar əsasında tapıla bilər. Biz BMT TŞ-i bu reallığı qəbul etməyə və Şimali Kipr xalqının suveren hüquqlarını təsdiqləməyə çağırırıq”, – bəyanatda qeyd olunub.

  • Related Posts

    Türk Dövlətləri Təşkilatı tarixində İLK DƏFƏ

    Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Qeyri-rəsmi Zirvəsi bu il mayın 20 və 21-də Budapeştdə keçiriləcək. Uluyol.info xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyindən bildirilib. Verilən məlumata görə,…

    3 May – Türkçülük gününün gerçək tarixi

    Bu gün 3 may – Türkçülük Günüdür. Dünya türklərinin hər il qeyd etdiyi bu günün tarixi ilə bağlı müxtəlif iddialar var. Axar.az xəbər verir ki, Aqil Səmədbəylinin iddiasına görə, indiki…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik