
Xəbər verildiyi kimi, dünən Orta Asiya ölkələri ilə Avroa Komissiyası arasında çox mühüm görüş keçirilib.
Tribunainfo.az xəbər verir ki, Daşkənd sammitində bir sıra mühüm məsələlər müzakirə olunmaqla yanaşı, əməkdaşlığa dair memorandum da imzalanıb.
Həmin tədbirdə çıxış edən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bəyan edib ki, Avropa ilə Orta Asiya arasında məsafənin qısalması üçün Cənubi Qafqazda bir neçə məsələnin tezliklə həll olunması lazımdır. O dolayısı ilə etiraf edib ki, Cənubi Qafqaz Qərb üçün Orta Asiyaya qapıdır: “Orta Asiya ilə Cənubi Qafqaz arasında rəvan sərhəd keçidləri Qara dənizə çatmaq üçün vacibdir. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin otuz illik bağlanmasından sonra açılması oyunu dəyişdirəcək. Və bu, Avropa ilə Mərkəzi Asiyanı əvvəlkindən daha da yaxınlaşdıracaq”.