Vəkillər Kollegiyası beynəlxalq təşkilatlara müraciət edəcək

  • Mövqe
  • İyul 2, 2025
  • 0 Comments

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkə hesabında yazıb.

A.Bağırov qeyd edib ki, Rusiyada həbs olunan diaspor lideri Şahin Şixlinskini uzun illərdir şəxsən tanıyır, özü və oğlu Rusiyada təcrübəli vəkillərdir:

“Onların bir tək “günahı” son günlər qanunsuz həbs olunmuş diaspor üzvlərinin hüquqlarını müdafiə etmələridir. Dünən vəhşicəsinə döyülmüş soydaşlarımızın məhkəmə prosesində Şıxlinskilər müdafiəçi qismində iştirak ediblər və məhz buna görə bu gün onlara qarşı zorakılıq tətbiq edilir, vəkil olan ata və oğul qatı cinayətkarlar kimi hər kəsin gözü qarşısında təhqir olunur, döyülürlər. Şahin müəllim həmçinin tanınmış iş adamı, həm də diaspor rəhbəridir. Artıq vəkillər, hüquqşünaslar peşə fəaliyyətlərinə görə qanunsuz həbs olunurlar, onlara qarşı alçaldıcı şəkildə qeyri-adekvat güc tətbiq olunur”.

  • Related Posts

    • Mövqe
    • İyul 9, 2025
    • 12 views
    Zaxarovadan Ermənistana XƏBƏRDARLIQ

    “Rusiya vətəndaşlarının Ermənistana girişinə qadağanı biz Rusiya-Ermənistan əməkdaşlığının müttəfiq xarakterinə zidd olan qeyri-dost addım kimi qiymətləndiririk”. Musavat.com xəbər verir ki, bu barədə brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya…

    • Mövqe
    • İyul 1, 2025
    • 40 views
    Ermənistan da HƏRƏKƏTƏ KEÇDİ: Rusiya telekanalları bağlanacaq

    “Ermənistan Respublikasının ərazisində Rusiya telekanallarının yayımının dayandırılması məsələsi ciddi şəkildə müzakirə olunmalıdır”. Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. O, bu fikirləri Rusiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik