Xəzərin suyu niyə qırmızı rəngə boyanıb?

Xəzər dənizinin Qazaxıstan sahillərində suyun qırmızı rəngə boyanması yerli sakinlərin diqqətini çəkib.

Məlumata görə, məsələ ilə bağlı ölkənin Mangistau əyalətinin ekologiya departamentinin mütəxəssisləri suda kimyəvi maddələrin və neft məhsullarının mövcudluğunu yoxlayıblar.

Analizin nəticələrinə əsasən suyu çirkləndirən maddələr aşkar edilməyib.

Mangistau əyalətinin ekologiya departamenti şöbəsinin sədri Kaysar Nadirbekin sözlərinə görə, suya qırmızı və tünd qəhvəyi rəng verən yosunlardır:

“Qar yağdığından bu hadisə daha aydın görünüb. Yosunlar dayaz sularda, xüsusən də bizim sahilboyu ərazilərdə bitir. Onların toplandığı yerlərdə isə su rəngini dəyişir. Bu təbii hadisə barədə məlumatlı olsaq da, suyun vəziyyətini yoxlamalıyıq”.//Qafqazinfo

  • Related Posts

    FHN-dən Füzuli Ələkbərova 16 min manatlıq sifariş

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi “İmprotex Motors” şirkəti satınalma müqaviləsi imzalayıb. Qaynarinfo xəbər verir ki, müqavilədə “BMW 750E”markalı nəqliyyat vasitəsi üçün təmir və texniki servis xidmətlərinin satın alınması…

    Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? – SİYAHI

    Bu ilin ilk 6 ayında Bakı metrosundan 111 milyondan çox sərnişin istifadə edib. AzFakt.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, ən çox sərnişin may…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik