İlham Əliyev: “Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir”

Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir.

Bu barədə Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib.

“Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq”, – dövlət başçısı qeyd edib.

İlham Əliyev deyib ki, Ermənistan tərəfi dörd ildən çoxdur bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir:

“Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur”.

  • Related Posts

    Binalardakı artırmalar sənədləşdirilə bilər? – AÇIQLAMA

    Bəzi köhnə binalarda edilən artırmalar qanunsuz hesab olunur. Xüsusən də belə binalar plana düşdüyü təqdirdə bu artırmaların hesablanması məsələsi ziddiyyət yaradır. Ən çox sual doğuran məqamlardan biri isə həmin sahənin…

    Cəbrayıl və Ağdamda mina partlayışı: Yaralılar var

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı Cəbrayıl rayonunda minaya düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə agentlik sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik