Zelenski Putinə çağırış etdi: “Atəşkəsi sabahdan elan edək – liderlər üz-üzə otursun”

  • Mövqe
  • İyun 4, 2025
  • 0 Comments

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəyə diplomatik çıxış yolu təklif edib. O, atəşkəsin dərhal elan olunması və liderlər səviyyəsində birbaşa görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Prezident mətbuat konfransında bildirib ki, görüşün yeri və vaxtını Rusiya tərəfi özü seçə bilər, əsas məsələ müzakirənin və qərarların qarşılıqlı şəkildə, şəffaf keçirilməsidir.

“Biz təklif edirik ki, görüş bazar ertəsindən başlayaraq istənilən gün baş tutsun. Atəşkəsin əvvəlcədən elan olunması vacibdir. Əgər liderlər görüşəcək və məlum olacaqsa ki, heç bir qarşılıqlı anlaşma, deeskalasiya niyyəti, münaqişəni bitirmək üçün iradə yoxdur, o zaman atəşkəs həmin gün başa çatacaq,” – deyə Zelenski bildirib.

Zelenski əlavə edib ki, əgər görüş nəticəsində tərəflərin dialoqu davam etdirmək niyyəti təsdiqlənərsə, atəşkəsin uzadılması mümkün olacaq. O təklif edib ki, bu prosesi ABŞ nəzarətə götürsün.

“Əgər Rusiya tərəfi uzunmüddətli atəşkəs istəmirsə, biz görüşü sabahdan istənilən gün keçirməyə hazırıq,” – deyə Ukrayna lideri əlavə edib.//musavat.com

  • Related Posts

    • Mövqe
    • May 28, 2025
    • 60 views
    “Putin odla oynayır” – Tramp

    “Vladimir Putin başa düşmür ki, əgər mən olmasaydım, Rusiya ilə çox xoşagəlməz işlər baş verə bilərdi”. Manset.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb. “Putin…

    • Mövqe
    • May 23, 2025
    • 80 views
    Arif Hacılı: “İrticaya son qoyulmalıdır”

    Bu günlərdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin bəziləri ilə ölkədəki indiki vəziyyət, xüsusilə siyasi məhbuslar mövzusunda söhbət etmək imkanım olmuşdu. Optimist idilər. Daha həbslərin olmayacağına, əks prosesin gedəcəyinə inandıqlarını…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik