Səxavət Məmmədin “Savaş və duman” sənədli romanı nəşr edildi

Hərbi jurnalist Səxavət Məmmədin 44 günlük Vətən müharibəsindən bəhs edən “Savaş və duman” adlı sənədli romanı nəşr edilib.

Uluyol.info xəbər verir ki, “Çapar” Yayınları tərəfindən çap olunan kitabda kitabda hərbi jurnalist Səxavət Məmmədin 44 günlük Vətən müharibəsi dönəmində şahidi olduğu və yaşadığı hadisələr, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları və savaş sırasında ortaya çıxan çətinliklərin peşəkarlıqla dəf edilməsindən, həmçinin şəxsi heyətin qəhrəmanlıqlarından bəhs olunur.

Müəllifin özünəməxsus şəkildə nəql etdiyi hadisələr zəncirinin əhəmiyyətli hissəsi bu günə qədər heç bir yerdə yayımlanmamış, onun özünün adları çəkilən birinci şəxslərdən öyrəndiyi və ictimaiyyətə açıqlanmayan gerçəklərdir.

Səxavət Məmməd Birinci Qarabağ müharibəsində yaşanan məğlubiyyətin və torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinin səbəblərinə toxunur, çoxillik işğal dövründə müdafiə sahəsində stratejik həmlələrin zəfərin əldə olunmasında oynadığı rolu müqayisəli şəkildə analiz edir.

İlk müharibədə qaçqın həyatı yaşayan Səxavət Məmməd oxucunu real savaş təsvirlərinin həyəcanından öz başından keçən hadisələrin duyğu dolu dünyasına sürükləyir.

Səxavət Məmmədin Vətən müharibəsi haqqında yazılmış ilk sənədli romandır.

Qeyd edək ki, kitabın redaktorları Araz Zeynalov və Aqil Bəkir, texniki redaktoru Yusif İlhamoğlu, hərbi məsləhətçilər isə Elxan Şıxəliyev, Tərlan Eyvazov və Rövşən Məhərrəmovdur.

yenicag.az

  • Related Posts

    Azərbaycanda bu şəxslərə ictimai nəqliyyat pulsuz ola bilər

    Milli Məclisin deputatı Razi Nurullayev pensiyaçılara, tələbələrə və həssas kataqoriyadan olan şəxslərə ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını təklif edib. Qeyd edək ki, bir sıra inkişaf etmiş ölkələrdə ictimai nəqliyyatda ödənişlə…

    Əvəz Zeynallının azad edilməsi üçün məhkəməyə müraciət olundu

    Əvəz Zeynallının cəzadan azad edilməsi üçün məhkəməyə müraciət edillib. “Qafqazinfo” xəbər verir ki, bu barədə vəkili Rəşad Vaqifoğlu məlumat verib. Ərizə Nizami Rayon Məhkəməsinə təqdim edilib. Qeyd edək ki, məhkum…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik