Tanınmış jurnalist evdə ölü tapıldı

Türkiyədə “Antakya Qəzeti”nin sahibi Sinan Seyfittinoğlu Antalyada dostu ilə birlikdə qaldığı evdə ölü tapılıb.

Uluyol.info oxu.az-a istinadən xəbər verir ki, Seyfittinoğlu dünən gecə ev yoldaşı Önder K. və digər dostları ilə birlikdə spirtli içki içdikdən bir müddət sonra yatmaq üçün otağına gedib.

Səhər saatlarında dostunu oyatmaq üçün otağına daxil olan Önder K. bütün cəhdlərinə baxmayaraq, Seyfittinoğlunu oyada bilmədikdə təcili yardım çağırıb.

Tibbi heyət Sinan Seyfittinoğlunun həyatını itirdiyini müəyyən edib. Ölümün şübhəli qəbul edilməsi səbəbi ilə ünvana polis araşdırma qrupu da gəlib.

Sinan Seyfittinoğlunun bədənində heç bir silah, kəsici və ya dəlici alət yarası, döyülmə izi tapılmayıb.

Seyfittinoğlunun bipolyar xəstəliyi olduğu, daimi dərman qəbul etdiyi və bildirilib.

  • Related Posts

    ABŞ-ın Bakı səfirliyindən diqqətçəkən paylaşım: “Bunu ağlınızdan belə keçirməyin…”

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyi sosial media hesabında maraqlı bir paylaşım edib. Musavat.com xəbər verir ki, səfirlik rəsmi səhifəsində ABŞ-ın Daxili Təhlükəsizlik məsələləri üzrə katibi Kristi Noemin açıqlamasına yer…

    Aİ Belarusa qarşı sanksiyaları genişləndirdi

    Avropa İttifaqı (Aİ) Belarusa qarşı sanksiyaları genişləndirib. Bu barədə TASS müvafiq sənədə istinadən bildirib. “Qara siyahı”ya 25 şəxs və 7 şirkət daxil edildiyi qeyd olunub. Belarus mətbuatının məlumatına görə, sanksiyalar…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik