Fərhad Əliyevin şirkəti ilə bağlı nə qərar veriləcək?

Ötən həftə Bakı Apellyasiya Məhkəməsində “SOCAR Midstream Operations” MMC ilə bağlı baxılan iş bu günə təxirə salınmışdı. Bu gün saat 12:15-də şirkətlə bağlı yenidən işə baxılacaq. Sözügedən MMC ölkədən pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, “SOCAR Midstream Operations” İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Cərimələnməsi gözlənilən “SOCAR Midstream Operations” MMC ilə bağlı bu gün baş tutacaq iş hakim Əli Məmmədovun icraatındadır.
Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “SOCAR Midstream Operations” MMC-nin Baş direktoru Fərhan Əliyev Çingiz oğludur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən İbrahim

  • Related Posts

    Məzahir Pənahovun daha bir dairə sədrinin milyonluq obyekti: QƏDİR KƏRİMOV KİMDİR?

    Bu günlərdə MSK sədri Məzahir Pənahovun ətrafında qalmaqal səngimək bilmir. Belə ki, Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyib. Daha sonra məlumat yayıldı ki, Məhəmməd…

    Məzahir Pənahovun oğlu məişət zorakılığında ittiham edildi

    Hər zaman seçki saxtakarlığı mövzusu ilə gündəmə gələn MSK sədri Məzahir Pənahovun başı yenə qaldadır. Bu dəfə onun oğlu Məhəmməd Pənahov öz həyat yoldaşını dəfələrlə vəhşicəsinə döyməkdə ittiham olunur. Məişət…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik