
ABŞ Dövlət Departamenti müxtəlif ölkələrdə, o cümlədən Ermənistanda xarici yardım layihələrinin maliyyələşdirilməsini ləğv edib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
İxtisarlar Ermənistan, Belarus, Qırğızıstan, Moldova və Avropa, Afrika və Latın Amerikasının bəzi digər ölkələrində ümumi dəyəri 215 milyon dollar olan 139 qrant proqramına təsir edib.