Ailə TV-nin rəhbəri tutuldu: Əxlaqsız partilərə görə…

“AzerTelecom” şirkətinin Direktorlar şurasının sabiq sədri, “Ailə TV”, “Caspian Telecom” MMC şirkətlərinin təsisçisi Fuad Allahverdiyevə hökm oxunub.

“Cebheinfo.az” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, məşhur iş adamı Cinayət Məcəlləsinin 133 və 151-ci (Əzab vermə və seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri üzrə ittiham edilərək ötən ilin aprelində həbs olunub.

Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, iş üzrə zərərçəkmiş şəxs F. Allahverdiyevin keçmiş həyat yoldaşı G. Allahverdiyevadır. Əvvəllər “Azərreyl” voleybol klubunun üzvü olmuş G. Allahverdiyeva bildirib ki, 2022-ci ilədək evli olduğu Fuad ona qarşı mütəmadi fiziki zorakılıq edib, müxtəlif qadınlarla birgə seksual xarakterli hərəkətlər etməyə vadar edib. O iddia edib ki, keçmiş əri yaşadıqları Şüvəlan qəsəbəsindəki villada çoxsaylı məclislər təşkil edib, həmin məclislərə rəqqasələr və sevgi münasibətində olduğu qadınları da dəvət edib.

F. Allahverdiyev isə G. Allahverdiyevanın əxlaqsız həyat tərzi sürdüyünü, ona böhtan atdığını deyib. Daha sonra keçmiş arvadının ondan 400 min manat oğurladığını iddia edib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Fuad Allahverdiyevə 133-cü (əzab vermə) maddəsi üzrə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi üzrə bəraət verib. İş adamının həbsdə saxlanıldığı 10 ay 18 gün müddət cəzadan çıxılıb və onun üzərində qəti olaraq 2 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Üzərinə elektron qolbaq taxılan məşhur biznesmen məhkəmə zalından sərbəst buraxılıb.

  • Related Posts

    Məzahir Pənahovun daha bir dairə sədrinin milyonluq obyekti: QƏDİR KƏRİMOV KİMDİR?

    Bu günlərdə MSK sədri Məzahir Pənahovun ətrafında qalmaqal səngimək bilmir. Belə ki, Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyib. Daha sonra məlumat yayıldı ki, Məhəmməd…

    Məzahir Pənahovun oğlu məişət zorakılığında ittiham edildi

    Hər zaman seçki saxtakarlığı mövzusu ilə gündəmə gələn MSK sədri Məzahir Pənahovun başı yenə qaldadır. Bu dəfə onun oğlu Məhəmməd Pənahov öz həyat yoldaşını dəfələrlə vəhşicəsinə döyməkdə ittiham olunur. Məişət…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik