Aralıq dənizində 3 tanker partladı- Sensasiya

Son bir ay ərzində Aralıq dənizində üç müxtəlif tankerdə səbəbi hələlik bilinməyən partlayışlar qeydə alınıb.

Musavat.com “Reuters”ə istinadən xəbər verir ki, sonuncu hadisə fevralın 15-də baş verib – Yunanıstana məxsus “Seajewel” tankerində iki partlayış olub, onlardan biri gəminin gövdəsində metrlik dəlik açıb. Hadisə İtaliya limanında baş verdiyi üçün ölkənin prokurorluğu araşdırmaya başlayıb.

Bundan əvvəl, yanvarın sonunda eyni yunan şirkətinə məxsus başqa bir tanker Türkiyə sahillərində partlayış nəticəsində zədələnib. Üçüncü hadisə isə fevralda Liviyanın sahillərində baş verib – Kiprə məxsus “Grace Ferrum” tankeri partlayışdan sonra ciddi zərər görüb və xilasetmə əməliyyatına ehtiyac yaranıb.

Zərərçəkmiş tankerlərin operator şirkətləri məsələyə münasibət bildirməkdən imtina ediblər.

  • Related Posts

    ABŞ-dən Ermənistana zərbə: ləğv edildi

    ABŞ Dövlət Departamenti müxtəlif ölkələrdə, o cümlədən Ermənistanda xarici yardım layihələrinin maliyyələşdirilməsini ləğv edib. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. İxtisarlar Ermənistan, Belarus, Qırğızıstan, Moldova və Avropa, Afrika və…

    KİV: ABŞ iki aya qoşunlarını Suriyadan çıxaracaq

    ABŞ İsraili öz qoşunlarını Suriyadan tədricən çıxaracağı barədə məlumatlandırıb. Moderator.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. “ABŞ təhlükəsizlik rəsmiləri İsrail kəşfiyyatının üzvlərinə iki ay ərzində qoşunların mərhələli şəkildə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik